Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/108/88-93

Kifayət Mənsimova

ADPU-nun nəzdində 

Azərbaycan Dövlət Pedaqoji Kolleci

kifayetmnv@gmail.com


İnklüziv təlimin təşkili üsulları haqqında


Xülasə

Məqalə təhsil sistemində böyük əhəmiyyət kəsb edən və müstəqil öyrənmə potensialını yüksəl­dən və hal-hazırda aktuallığı ilə seçilən inklüziv təlimin təşkili üsullarına həsr olunmuşdur. İnklüziv təlim, mənşəyindən və kimliyindən asılı olmayaraq, bütün öyrəncilərin ehtiyaclarını qarşılamaq və onların mövzu ilə qarşılıqlı əlaqəsini dəstəkləyən pedaqogikadır. İnklüziv təlimin təşkili ehtiyac və tələbatların ödənilməsi məqsədilə fəaliyyətin hər bir şagirdin maraq, meyil və tələbatı əsasında təş­kil olunması, müxtəlif yolla öyrənən şagirdlər üçün fərqli tapşırıqların, paylama materiallarının ha­zırlanması, müvafiq təlim mühitinin yaradılması deməkdir. İnklüziv təlimdə müəllimlərin valideyn­lərlə birgə səyi və əməkdaşlığı sayəsində yaradılan təlim-tədris mühiti təhsilin səmərəliliyini artıra, öyrənmə prosesini daha da təkmilləşdirə bilər. Aydındır ki, ümumtəhsil məktəblərində xüsusi təlim ehtiyacları olan şagirdlərin təhsil alması mümkündür. 

Hazırda inklüzivlik beynəlxalq əhəmiyyətə malik olub, müxtəlif rəsmi bəyanatların mühüm tər­kib hissəsi kimi çıxış edir. İnklüziv təhsil inteqrasiyadan daha geniş və əhatəli məfhumdur və təhsilə dair bütün məsələləri özündə cəmləşdirir. İnklüzivliyin tərəfdarları şagirdlərin xüsusi təhsil ehti­yaclarının ödənilməsindən daha çox müxtəlifliyi dəstəkləyən və bərabərliyi təmin edən təhsil siste­minin inkişafında maraqlıdırlar. 

Açar sözlər: inklüzivlik, təlim strategiyaları, motivasiya, yaş xüsusiyyətləri, interaktivlik 


Kifayat Mansimova

Azerbaijan State Pedagogical College under ADPU

kifayatmnv@gmail.com


About Organization Methods of Inclusive Education


Abstract

The article is devoted to the methods of organization of inclusive education, which are of great importance in the education system and increase the potential of independent learning, which are distinguished by their current relevance. Inclusive learning is a pedagogy that addresses the needs of all learners, regardless of their background or identity, and supports their interaction with the subject-matter. The organization of inclusive education means organizing activities based on the interests, inclinations and needs of each student in order to satisfy needs and requirements, preparing different tasks and distribution materials for students who learn in different ways, and creating an appropriate learning environment. In inclusive education, the educational environment created thanks to the joint effort and cooperation of teachers with parents can increase the efficiency of education and further improve the learning process. It is clear that it is possible for students with special educational needs to study in general education.

Currently, inclusivity is of international importance and acts as an important component of various official statements. Inclusive education is a broader and more comprehensive concept than integration and includes all issues related to education. Proponents of inclusiveness are more interested in developing education system that supports diversity and ensures equality than in meeting the special educational needs of students. 

Keywords: inclusiveness, learning strategies, motivation, age characteristics, interactivity


Baxış: 102