Arxiv
Elmi iş - 2024
Rauf Əhəd oğlu Şəmsizadə
Bakı Dövlət Universiteti,
Ləman Vüqar qızı Talıbova
Bakı, Azərbaycan
İNSAN ALVERİNƏ QARŞI BEYNƏLXALQ SFERADA MÜBARİZƏNİN ƏSAS İSTİQAMƏTLƏRİ
Açar sözlər: Beynəlxalq konvensiyalar, Avropa İnsan Hüquqları Məhkəməsi, beynəlxalq öhdəliklər
Key words: International conventions, European Court of Human Rights, international obligations
Ключевые слова: Международные конвенции, Европейский суд по правам человека, международные обязательства
İnsan alveri insan hüquqlarının pozuntusunun ən ağır formalarından biridir. O, həm milli, həm də beynəlxalq xarakter daşıyır. İnsan alveri fərdi səviyyədə təsirə də malikdir, insanların sağlamlığına zərər yetirir, həmçinin korrupsiyaya səbəb olur, qanunun aliliyini zəiflədir. Qeyd edilən cinayətin aşağı riskli və böyük gəlirli olması cinayətkarları məhz buna yönəldir. Bu baxımdan da, insan alverinə qarşı beynəlxalq səviyyədə mübarizənin rolu əvəzsizdir. Mövzu çərçivəsində daha çox BMT və Avropa Şurasının insan alverinə qarşı mübarizə sahəsində rolu araşdırılacaqdır. İnsan alverinə qarşı yalnız milli səviyyədə mübarizə yetərli deyildir, buna görə də beynəlxalq səviyyədə öhdəliklərin müəyyən edilməsi və öhdəliklərin icra edilməsinə nəzarət etməklə effektiv nəticə əldə etmək mümkündür, xüsusən də beynəlxalq məhkəmə qurumlarının bu sahədə fəaliyyəti faydalıdır.
Baxış: 889