Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: N. MƏMMƏDOVA 

Açar sözlər: Heydər Əliyev, Ömər Eldarov, heykəltaraşlıq, obraz, abidə 
Key words: Heydar Aliyev, Omar Eldarov, sculpture, character, monument
Ключевые слова: Гейдар Алиев, Омар Эльдаров, скульптура, образ, памятник
 

Heykəltəraşlıq bütün digər sənət növləri içərisində gerçəkliyi ancaq maddiyyat müstəvisində ifadə etmək baxımından ruhdan ən çox uzaqlaşdırılmış bir sənətdir. Hegelin dediyi kimi, bu sənət qarşısında ruhu ağır materiyanın dili ilə təcəssüm etdirmək kimi çətin bir vəzifə dayanır. Hələ bu az imiş kimi, gerçək həyatdan zaman amili də götürülür və sənətkarın ixtiyarında ancaq bir an qalır. Bu maddi dünyanın dondurulmuş bir məqamı! Dayanmış zamanda nəinki ruhu ifadə etmək çox çətindir, bu halda həm də hərəkəti və dinamikanı təcəssüm etdirmək üçün vasitələr də yox dərəcəsindədir. Bu sənət həm ən monumental, həm də ən ləng, ən statik, ən ağır bir ifadə texnikasına əsaslanan sənətdir. Azərbaycan heykəltaraşlığı tarixində bir çox dahi heykəltaraş yetişmişdir. Onlardan biri də görkəmli sənətkar, Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovdur. Onun yaradıcılığını müşahidə edərkən sənət dühasının hüdudsuzluğunu, bədii təxəyyülünün bənzərsizliyini, ideyalarının bəşəriliyini, obrazlarının düşündürücülüyünü, dolğunluğunu, kamilliyini və s. incə məqamları xüsusilə qeyd etmək olar.


Baxış: 1246