Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
DOI: 10.36719/AEM/2007-2020/53/29-33
Aysel Natiq qızı Hüseyxanova
Bakı Dövlət Universiteti

OMONİMLƏR LEKSİK-SEMANTİK HADİSƏ KİMİ

Açar sözlər: leksik hadisə, linqvistika, qrammatik xarakter
Key words: lexical event, linguistic, grammatical character
Ключевые слова: лексическое событие, лингвистика, грамматический характер

Omonim sözlər bir-biri ilə məna əlaqəsi olmayan və məna əlaqəsini çoxdan itirmiş məfhumlar ifadə edən eyni səs tərkibinə malik söz qruplarına deyilir. Qısaca desək, eyni səslənməyə malik müxtəlif mənalı sözlər omonim sözlər adlanır. 
Omonimlər linqvistik hadisə olub, dilin leksik və qrammatik xüsusiyyətlərini birləşdirən, öz səs tərkibinə görə dilin inkişaf dövrlərində müəyyən oxşarlıqları olan mənaca müxtəlif sözlərdir. Bu hadisə bir dilə aid deyil, bütün dillərə aid bir xüsusiyyətdir. Hər bir dilə məxsus olan omonimlərin özünəməxsus xüsusiyyətləri olduğu üçün onları mexaniki olaraq digər dilə köçürmək düzgün deyil. Bu, həm müxtəlif və həm də eyni sistemli dillərə şamil olunur. Türk dillərinə gəldikdə isə, hər bir türk dilinin omonimlər sistemi vardır. Lakin onlar tam eynilik təşkil etmir. Türk dillərinin nəşr olunmuş lüğətlərini bir-biri ilə müqayisə etsək, omonim­lərdə olan fərqi aydın müşahidə etmək mümkündür.


Baxış: 1607