Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Sevinc Ağadin qızı Bağırova
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

ORİYENTAL ROMANTİZMİN RUS ƏDƏBİYYATINDA VƏ İCTİMAİ FİKRİNDƏ TƏZAHÜR FORMALARI

Açar sözlər: oriyentalizm, Şərq, islam, rus ədəbiyyatı, rus romantizmi, ictima fikir 
Key words: Orientalism, East, Islam, Russian literature, Russian romanticism, public opinion
Ключевые слова: ориентализм, Восток, ислам, русская литература, русский романтизм, общественное мнение

Rus mədəniyyəti və ədəbiyyatı əsrlər boyu müxtəlif mədəni-dini sistemlərlə, ilk növbədə Şərq-islam dini anlamlarla sıx bağlı olmuşdur. Buna görə də, rus mədəniyyəti və əxlaqında xristian dəyərli həlləedici rol oynamasına baxmayaraq milli şüurun formalaşmasında Şərq mədəniyyətinə xas fəlsəfi-estetik və sosial dəyərlər əhəmiyyətli rol oynamışdır. Şərq dünyagörüşü, əxlaq və mədəniyyətinin, o cümlədən klassik ədəbiyyatının mənəvi əsasını islam təşkil etdiyindən, rus ictimai fikri və ədəbiyyatında islama maraq, islam dəyərlərinin mənimsənilməsi təbii proses idi.  
Lakin, islam Şərqdə yaranmış və Şərq təfəkkürünə, mənəviyyatına, mədəniyyətinə dərindən sirayət etmiş din idi. Rus mədəniyyəti və ədəbiyyatı, o cümlədən romantik ədəbiyyatı isə xristianlıq zəminində təşəkkül tapmışdı. Rus ədəbiyyatının sonrakı dövrlərində də xristian-pravoslav dəyərləri əsas mənəvi-ideoloji mənbələrdən idi və olmaqda da davam edir. Buna görə də belə fərqli sistemlərin – xristian-pravoslav və islam meyarlarının rus ədəbiyyatında yaxınlaşması, bəzi hallarda qovuşması və aparıcı mövzu və ilham mənbəyinə çevrilməsi olduqca maraqlı faktdır. Lakin, fərqliliklərə baxmayaraq əsaslı məsələlərdə çox zaman yaxınlıq, bəzən isə hətta ortaq olan məqamlar vardır.  


Baxış: 691