Arxiv
Elmi iş - 2024
Nərmin Əbülfəz qızı Mehtiyeva
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
magistrant
ms.idhem@mail.ru
PANDEMİYA DÖVRÜNDƏ AZƏRBAYCANDA KOMMERSİYA
BANKLARININ FƏALİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
BANKLARININ FƏALİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Xülasə
Kommersiya banklarının fəaliyyəti daim dəyişən makroiqtisadi şəraitdə həyata keçirilir, bunun nəticəsində kredit təşkilatlarının özlərinin dəyəri və funksiyaları dəyişdirilir. Hazırkı iqtisadi-maliyyə böhranı şəraitində kommersiya bankları ölkə iqtisadiyyatının sabitləşdirilməsində və makroiqtisadi göstəricilərin müvafiq səviyyədə saxlanılmasının təmin edilməsində əsas rol oynamalı, iqtisadi transformasiyanın hərəkətverici mexanizminə çevrilməlidir. Bu hallar və bankların pul münasibətlərində yeri və bu maliyyə institutlarının mahiyyətinin müəyyənləşdirilməsi ilə bağlı çoxsaylı müxtəlif fikirlərin mövcudluğu müasir kommersiya banklarının fəaliyyətinin makromühiti ilə bağlı daha ətraflı öyrənilməsini və bankların əhəmiyyətinin yenidən nəzərdən keçirilməsini zəruri edir.
Açar sözlər: bank sektoru, kommersiya bankları, kredit, pandemiya
Narmin Abulfaz Mehtiyeva
Evaluation of the activity of commercial banks in azerbaijan during the pandemy period
Abstract
The activities of commercial banks are carried out in a constantly changing macroeconomic environment, as a result of which the value and functions of credit institutions themselves change. In the current economic and financial crisis, commercial banks must play a key role in stabilizing the country's economy and ensuring that macroeconomic indicators are maintained at an appropriate level, and become a driving force for economic transformation. These circumstances and the existence of numerous different views on the role of banks in monetary relations and the nature of these financial institutions make it necessary to study in more detail the macroeconomic environment of modern commercial banks and to reconsider the importance of banks.
Key words: banking sector, commercial banks, credit, pandemic
[attachment=2249:MƏQALƏNİ YÜKLƏf]
Baxış: 529