Arxiv
Elmi iş - 2024
Şəms Ənvər qızı Bünyatova
Sumqayıt, Azərbaycan
quliyeva.shems@gmail.com
PLATON EPİSTEMOLOGİYASINDA “ALETHEİA”-HƏQİQƏT KATEQORİYASININ TƏHLİLİ
Xülasə
Məqalədə Platonun “Mağara” alleqoriyası və “Bölünmüş xətt” analogiyasına, həmçinin dialoqlarına müraciət olunaraq onun həqiqət anlayışını necə izah etdiyi əks olunmuşdur. Eyni zamanda həqiqət anlayışı episteme- doksa ikiliyi kontekstində təhlil olunmuş və buna uyğun olaraq filosofun formalaşdırdığı iyerarxik bilik ideyası araşdırılmışdır. Platonun fəlsəfəsinin ana xəttini təşkil edən idealar dünyası həqiqətin və biliyin var olduğu aləm kimi dəyərləndirilmiş, həqiqi ilə onun kölgəsi fərqləndirilmişdir. Qeyd olunanlarla yanaşı Platonun irəli sürdüyü metafizik xarakterli həqiqətə qovuşmanın yollarından bəhs olunmuşdur. Həqiqətin tarixən ən qədim nəzəriyyəsi-korrespondent nəzəriyyənin ilk təmsilçisinin Platon olduğu məqalədə vurğulanmışdır.
Açar sözlər: Platon, aleteiya, episteme, doksa,idea, bilik, bolünmüş xətt
Analysis of The Category of Truth - “Aletheia” in Plato’s Epistemology
Summary
The article reflects the explanation of the concept of the truth by Plato, referring to his allegory "the Cave" and the analogy "the Divided Line" as well as to the dialogues. At the same time, the concept of the truth is being analyzed in the context of episteme and doxa and, accordingly, the hierarchical idea of knowledge, formed by the philosopher, is being investigated. The world of ideas, which forms the basis of Plato's philosophy, is assessed as a world where there is the truth and the unity, the true is separated from its shadow. In addition to the above, Plato's ways of achieving the metaphysical truth are being discussed. The article emphasizes that Plato was the first representative of the oldest theory in history, the theory of correspondence of the truth.
Key words: Plato, aletheia, episteme, doxa, idea, knowledge, the divided line
Baxış: 702