Arxiv
Elmi iş - 2024
Fərid Müşfiq oğlu Qafurlu
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
magistrant
f.gafurlu@unec.edu.az
QARABAĞDA SƏNAYE MÜƏSSİSƏLƏRİNİN İNNOVATİV FƏALİYYƏTİ
Xülasə
Vətən müharibəsində ölkəmizin qazandığı qələbədən sonra işğaldan azad etdiyimiz ərazilərin iqtisadiyyatının dirçəldilməsinə ehtiyac yaranmışdır. Bu ərazilərin dirçəldilməsində ənənəvi üsullardan istifadə etmək məqsədəuyğun hesab olunmamalıdır, çünki həmin sahələrdə mövcud olan infrastruktur köhnəlib və əksər rayonlarda sıradan çıxmışdır. Odur ki, ərazinin iqtisadiyyatının dirçəldilməsi müasir üsullarla və innovasiyaların tətbiqi ilə həyata keçirilməlidir. Bu baxımdan hansı innovasiyalardan istifadə olunması aktual hesab olunur və bu tədqiqatda bu məsələlərin araşdırılması vacib məsələlərdəndir.
Məqalədə işğaldan azad olunmuş ərazilərdə sənayenin inkişafı prosesində həyata keçirilməli innovativ strategiyalar və bu ərazilərin bərpası prosesləri araşdırılmışdır. Cəmiyyətin maddi sferasında onun qəbulu, təkrar istehsalı və həyata keçirilməsi ilə bağlı olan innovasiyadan istifadə prosesi innovasiya prosesidir. İnnovativ proseslər elmin ayrı-ayrı sahələrində yaranır və istehsal sferasında başa çatır, onda mütərəqqi, keyfiyyətcə yeni dəyişikliklərə səbəb olur.
Açar sözlər: II Qarabağ müharibəsi, işğaldan azad edilmiş ərazilər, innovasiya, strategiya, tikinti-sənaye potensialı
Farid Mushfiq Gafurlu
Innovative activity of industrial enterprises in the liberated areas
Abstract
After the power gained in the war, there was a need to revive the economy of the liberated territories. It should not be considered expedient to use methods to revitalize these areas. Because the infrastructure used is outdated and out of order in the regions, therefore the revival of the economy of the area must be carried out by modern methods and the application of innovations. From this point of view, what innovations are considered relevant and it is important to study these issues in this study.
The article examines innovative strategies to be implemented in the process of industrial development in the liberated territories and the restoration of these territories The process of using innovation in the material sphere of society, which is associated with its adoption, reproduction and repair, is an innovation process. Innovation arises in different fields of science and ends in the sphere of production, then it leads to progressive, qualitatively new changes.
Key words: II Karabakh war, liberated territories, innovation, strategy, constructional-industrial potential
Baxış: 519