Arxiv
Təbiət və elm 2024 Təbiət və elm 2023 Təbiət və elm 2022 Təbiət və elm 2021 Təbiət və elm 2020 Təbiət və elm 2019
DOI: https://doi.org/10.36719/2707-1146/31/60-68

Ələsgər Vəliyev

Azərbaycan Tibb Universiteti

tibb üzrə fəlsəfə doktoru 

alaskar67@gmail.com

Elza Orucova

Azərbaycan Tibb Universiteti 

tibb üzrə fəlsəfə doktoru 

elzaqudretqizi@gmail.com

Gülnarə Kərimova

Azərbaycan Tibb Universiteti

gulnara948@gmail.com

Rəna Nəzərova

Azərbaycan Tibb Universiteti

nazarova.r1959@gmail.com

Maya Fərzəliyeva

V.Y.Axundov adına Milli 

Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu

mayafarzaliyeva04@gmail.com


QİDALANMA. QİDA TOKSİKOİNFEKSİYALARI. BOTULİZM. 

GÖBƏLƏK ZƏHƏRLƏNMƏSİ


Xülasə

Qida da hava və su kimi insan həyatı üçün vacib ünsürlərdən biridir. Qidalanmanın keyfiyyətli-zülal, yağ, karbohidratlar, vitaminlər, mineral maddələrlə zəngin olması orqanizmin inkişafının, immun sisteminin, intelektual və repoduktiv fəaliyyətinin əsasını təşkil edir. Lakin qidanın miqdarı və kimyəvi tərkibilə yanaşı onun mikrobioloji göstəriciləri də ciddi nəzarət altında olmalıdır. Yəni ərzaq məhsullarına müxtəlif xəstəlik  törədicilərinin, kimyəvi və bioloji zəhərli maddələrin düşməsi kütləvi xəstələnmə verə bilər. 

Əksər kəskin bağırsaq infeksiyaları – şigelloz, salmonelloz, tif-paratif xəstəliklərinin törədiciləri, hepatit (A) və diarreya virusları insana ərzaq məhsulları ilə yoluxurlar. Qida məhsulları əsasən istehsal, emal, konservləşdirmə və saxlanma zamanı mikroblar və onların toksinləri ilə çirklənirlər. Təbiətdə geniş yayılmış patogen və şərti patogen, endo-və ekzotoksinə malik bakteriyalar, bəzi viruslar zülallı və kremli ərzaq məhsullarında sürətlə çoxalaraq tez-tez, həm də qrup şəkilində qida toksikoinfeksiyaları (QTİ) törədirlər. Onlar qısa müddətli və yüngül gedişli olsalar da başlanğıc dövürdə qorxulu somatik, cərrahi, ginekoloji xəstəliklərdən, göbələklər, kimyəvi maddələrlə zəhərlənmədən, kəskin bağırsaq infeksiyalarından cətin fərqləndirilə bilər. Biz QTİ diaqnozu ilə stasionara göndərilmiş 76 xəstədən 18-ində (24%) onu inkar etmişik. QTİ – nin qorxulu forması olan botulizm 20-30% ölüm verir. Halbuki, QTİ erkən aşkar edilərsə onların uğurlu müalicəsi mümkündür. 

Açar sözlər: qidalanma, qida toksikoinfeksiyaları, botulizm, mikrob, toksin, göbələk zəhərlənmələri 


Alasgar Valiyev

Azerbaijan Medical University

Doctor of Philosophy in Medicine

alaskar67@gmail.com

Elza Orujova

Azerbaijan Medical University

Doctor of Philosophy in Medicine

elzaqudretqizi@gmail.com

Gulnara Karimova

Azerbaijan Medical University

gulnara948@gmail.com

Rana Nazarova

Azerbaijan Medical University

nazarova.r1959@gmail.com

Maya Farzaliyeva

Scientific Research Institute of 

Medical Preventive named after V.Y.Akhundov

mayafarzaliyeva04@gmail.com


Nutrition. Food toxicoinfections. Botulism. Mushroom poisoning


Abstract

Food, like air and water, is one of the essential elements for human life. High-quality nutrition rich in protein, fat, carbohydrates, vitamins, and minerals is the basis of the body"s development, immune system, intellectual and reproductive activity. However, in addition to the amount and chemical composition of food, its microbiological indicators should also be under strict control. That is, the fali of various disease-causing agents, toxic chemical and biological substances into food products can cause mass iliness. Most acute intestinal infections - shigellosis, salmonellosis, typhoid-paratyphoid diseases, hepatitis (A) and diarrhea viruses are transmitted to humans through food products. Food products are mainly contaminated with microbes and their toxins during production, processing, canning and storage. Pathogenic and conditionaliy pathogenic, endoand exotoxin-containing bacteria, some viruses, which are widespread in nature, multipiy rapidiy in protein and creamy food products, and often cause food toxicoinfections (FTİ) that occur in groups. Although they are short-term and mild, in the initia period, they can hardiy be distingutshed from terrible somatic, surgical, gynecological diseases, poisoning mushrooms, chemicals, and acute intestinal infections. We denied it in 18 (24%) of 76 patients sent to the hospital with a diagnosis of FTİ. Botulism, the dreaded form of FTJ has a mortality rate of 20-30%. However, if FTİs are detected early, their successful treatment is possible. 

Keywords: nutrition, food toxicoinfections, botulism, microbe, toxin, mushroom poisoning  


Baxış: 377