Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/101/15-21

Məlahət Ağayeva

AMEA Memarlıq və İncəsənət İnstitutu

sənətşünaslıq üzrə fəlsəfə doktoru

melahet-agayeva@mail.ru


SABİT RƏHMANIN YARADICILIĞINDA CƏMİYYƏT VƏ ŞƏXSİYYƏT PROBLEMİ


Xülasə

Sabit Rəhman ilk qələm təcrübəsindən başlayaraq öz ideyalarını gülüş, satira və yumor vasitəsilə ifadə etmişdir. İlk qələm təcrübəsi olan felyetonlarını o satirik əsərlər kimi qələmə alır. Üç felyetonu; “Ordan - burdan”, “Yetərə açıq məktub” və “Mərdəkandan”. Sabit Rəhmanın felyetonları ilə yanaşı hekayələrində və pyeslərində də bəzi şəxsiyyətlərin yalandan özlərini yeniliyin carçısı kimi göstərsədə, əslində keçmişin qalıqlarındandır. “Şirin bülbül” “Nəfəs pulu” “Vəfasız”, “Dizi yamaqlı”, “Şlyapa”, “Qudurğan” hekayələrində cəmiyyətimiz də olan yeniliklə köhnəliyin mübarizəsindən söhbət açılır. Sonda yenilik qalib gəlirdi.

Müəllif eyni zamanda, kiçik həcmli pyeslərdə yazıb. Bunlardan digər müəlliflərlə birlikdə yazdığı pyeslərdə var. Möhsün Sənani ilə birlikdə yazdığı “Adaxlılar” və Adil İsgəndərovla birlikdə yazdığı “Partizan Məmməd” adlı pyesləridir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı “Partizan Məmməd” adlı pyesi tamaşaya qoydu. “Partizan Məmməd” pyesi 1937-ci ilin noyabr ayının 20-də Məhərrəm Haşımovun quruluşunda tamaşaçılara göstərildi. 

Müəllif xalq içindən çıxan partizan Məmməd obrazını bu şəxsin timsalında ümumiləşdirdi. Tamaşa uşaqlarda vətənpərvərlik, qəhrəmanlıq hisləri oyatmış, onları yaxın keçmişdə olan mübarizə ilə tanış etmişdir. 

Açar sözlər: Sabit Rəhman, felyeton, hekayə, pyes, cəmiyyət, şəxsiyyət, tamaşa


Malahat Agayeva

ANAS Institute of Architecture and Engineering

Doctor of Philosophy in Art Studies

melahet-agayeva@mail.ru


The problem of society and personality in Sabit Rahman’s work


Abstract

Sabit Rahman expressed his ideas through laughter, satire, and humor since his first pen experience. He wrote his feuilletons, which were his first pen experiences, as satirical works. His three feuilletons: “From here – here”, “Open letter to Yeter” and “From Mardakan”. Some personalities show themselves falsely as harbingers of innovation, but they are remnants of the past in reality in his stories and plays, besides in Sabit Rahman’s feuilletons. The stories “Sweet Nightingale”, “Breath Money”, “Unfaithful”, “Patched Knees”, “Hat”, and “Arrogant” talk about the struggle between the new and the old in our society. Innovation won in the end.

At the same time, the author also wrote small plays. In addition to these, there are plays he wrote together with other authors. They are the plays “Betrotheds” written together with Mohsen Sanani and “Partisan Mammad” written together with Adil Iskenderov. Azerbaijan State Theater of Young Spectators staged the play “Partisan Mammad”. The play “Partisan Mammad” was shown to the spectators in the production by Maharram Hashimov on November 20, 1937.

The author summarized the character of the partisan Mammad, who emerged among the people, in the example of this person. The play awakened feelings of patriotism and heroism in the children and introduced the struggle of the recent past to them.

Keywords: Sabit Rahman, feuilleton, story, play, society, personality, performance


Baxış: 268