Arxiv
Təbiət və elm 2024 Təbiət və elm 2023 Təbiət və elm 2022 Təbiət və elm 2021 Təbiət və elm 2020 Təbiət və elm 2019
Səliqə Qalib qızı Qazi
AMEA Zoologiya İnstitutu
seliqiqazi08@gmail.com

ŞƏKƏR ÇUĞUNDURUNA (BETA VULGARIS) ZİYAN VURAN ŞAQQILDAQ
 BÖCƏKLƏR (COLEOPTERA,
SCARABAEIDAE, ELATERIDAE)

Xülasə
Məqalədə Azərbaycanın şəkər çuğunduru əkilən ərazilərində bitkiyə ziyan vuran şaqqıldaq böcəklərinin bəzi bioekoloji xüsusiyyətləri, fenologiyası, yayılması haqqında məlumatlar verilmişdir. Təsərrüfatlarda yüksək məhsuldarlıq əldə etmək üçün xüsusi tədbirlər planı hazırlanıb həyata keçirilir. Belə kompleks təbirlər planında bitkiyə zərər verən həşəratların aşkar edilməsi, onların zərərvermə dərəcəsinin, bioloji və ekoloji xüsusiyyətlərinin, təsərrüfat əhəmiyyətliliyinin və onlara qarşı səmərəli mübarizə tədbirlərinin hazırlanması ən vacib məsələ kimi nəzərə alınmalıdır. 
Bu məqsədlə də, dövrün əsas tələbləri kimi ətraf mühitin çirklənməsinə səbəb ola biləcək, insan və heyvan orqanizmlərində toplanaraq müxtəlif fəsadlar törədə biləcək kimyəvi dərmanlardan minimum istifadə etməklə ekoloji təmiz məhsul yetişdirmək kimi vacib məsələlərə daha geniş yer verilməlidir. 
Açar sözlər:bioekologiya,şaqqıldaq böcəklər, əkin şaqqıldaq böcəyi, şəkər çuğunduru, böcəklər.

Cracking insects that damage sugar beets
(Coleoptera, Scarabaeidae, Elateridae)

Abstract
The article provides information on some bioecological features, phenology, distribution of gravel beetles that damage plants in the areas of sugar beet cultivation in Azerbaijan. A special action plan is being developed and implemented to achieve high productivity on farms. The most important issue in such a comprehensive action plan should be the identification of insects that harm plants, their degree of damage, biological and environmental characteristics, economic importance and the development of effective measures to combat them.
To this end, important issues such as growing ecologically clean products with a minimum use of chemicals that can cause environmental pollution and accumulate in human and animal organisms and cause various complications should be given more attention as the main requirements of the time.
Key words:bioecology, Elateridae, Agriotes lineatus L., sugar beet, Coleoptera.




Baxış: 557