Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007


https://doi.org/10.36719/2663-4619/108/43-49

Şövkət Rəhimova

 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

 magistrant

 shovkatrehimova98@gmail.com


İsmayıl Hidayətzadənin teatr sənətində irsi: “Yeddi gözəl” və 

“Koroğlu” tamaşaları


Xülasə

Bu məqalədə Azərbaycan teatrının aktyoru və rejissoru, eyni zamanda SSR-nin xalq artisti İsmayıl Hidayətzadənin ən məşhur tamaşalarından olan “Yeddi gözəl” baleti və “Koroğlu” operasının məzmunu, rejissor yanaşması, aktyor ifası, folklor elementlərinin istifadəsi, tematik islahatlar və ümumi əhəmiyyəti barədə ətraflı təhlil aparılmışdır. Bununla yanaşı, “Yeddi gözəl” və “Koroğlu” tamaşaları” adlı məqalə, İsmayıl Hidayətzadənin Azərbaycan teatr sənətinə töhfələrini və irsini təhlil edir. Məqalədə, İsmayıl Hidayətzadənin Azərbaycan teatrına gətirdiyi yeniliklər, əsərlərindəki rejissor yanaşması, simvolların istifadəsi və tamaşalarda qurduğu poetik səhnə dünyası ətraflı incələnir. Xüsusilə Hidayətzadənin Nizaminin “Yeddi gözəl” əsərinə və xalq dastanına əsaslanan “Koroğlu” tamaşasına gətirdiyi fərqli bədii və estetik yanaşma analiz edilir.

Məqalədə, “Yeddi gözəl” tamaşasında gözəllik və sevgi mövzularının necə təcəssüm olunduğu, simvolik və metaforik elementlərin necə işlədildiyi və tamaşanın bədii strukturunun tamaşaçıda yaratdığı təsirlər təhlil olunur. Bununla yanaşı, “Koroğlu” tamaşasında qəhrəmanlıq, azadlıq müba­rizəsi və xalqın iradəsi kimi mövzuların necə səhnələşdirildiyi və rejissorun əsərə fərqli bir baxış bucağı gətirdiyi də araşdırılır.

Ümumiyyətlə, bu məqalə, İsmayıl Hidayətzadənin əsərlərində teatrın incəsənət dili və milli dəyərlərin necə sintez edildiyini, onun rejissor kimi unikal stilini və Azərbaycan teatrına etdiyi təsirləri təhlil etməyə çalışır. 

Açar sözlər: İsmayıl Hidayətzadə, Koroğlu, Yeddi gözəl, rejissor, aktyor, Azərbaycan teatrı, səhnə, tamaşa, folklor


Shovkat Rahimova

Azerbaijan State University of Culture and Arts

Master student

shovkatrehimova98@gmail.com


Ismayil Hidayatzade’s Legacy in Theater Art: The Performances of 

“The Seven Beauties” and “Koroghlu”


Abstract

In this article, the content, director's approach, actor's performance, the use of folklore elements, thematic reforms and general significance of the ballet "The Seven Beauties" and the opera "Koroghlu", which are among the most famous performances of Ismayil Hidayatzade, the actor and director of the Azerbaijani theater, are detailed in this article. In addition, the article "The Seven Beauties' and 'Koroghlu' plays" analyzes Ismayil Hidayatzade's contributions and legacy to Azerbaijani theater art. In the article, the innovations brought by Ismayil Hidayatzade to the Azerbaijani theater, the director's approach in his works, the use of symbols and the poetic stage world he built in the plays are analyzed in detail. In particular, the different artistic and aesthetic approach brought by Hidayatzade to Nizami's "The Seven Beauties" and the play "Koroghlu" based on the folk epic is analyzed.

The article analyzes how the themes of beauty and love are embodied in the play "The Seven Beauties", how symbolic and metaphorical elements are used, and the effects of the play's artistic 


 

structure on the audience. Along with this, it is also investigated how themes such as heroism, freedom struggle and the will of the people are staged in the play "Koroghlu" and how the director brings a different point of view to the work.

In general, this article tries to analyze how the artistic language of theater and national values are synthesized in the works of Ismayil Hidayatzade, his unique style as a director and his influence on Azerbaijani theater.

Keywords: Ismayil Hidayatzade, Koroghlu, The Seven Beauties, director, actor, Azerbaijani theater, stage, performance, folklore




Baxış: 38