Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/108/  38-42

Günay Əkbərova

Zəngilan rayonu 33 nömrəli tam orta məktəb

doktorant

gunay.akbarova.zabil@gmail.com


İsmət  İ nönü: siyasi lider və müasirləşmə dövrünün təmsilçisi


Xülasə

Məqalə Türkiyə Cümhuriyyətinin modernləşmə dövrünün əsas simalarından olan İsmət İnönünün şəxsiyyəti və fəaliyyətinin Şəvkət Sürəyya Aydəmirin yaradıcılığında təsviri məsələlərini araşdırır. Tədqiqatın əsas mənbəyi müəllifin üç cildlik "İkinci Adam" əsəridir. Araşdırmanın aktuallığı İnönü dövrünün Türkiyə tarixindəki modernləşmə prosesinin ən intensiv mərhələlərindən biri olması və Aydəmirin əsərlərinin bu dövrün ən mötəbər ilkin imkanlarından sayılması ilə təmin edilir.

Araşdırmada İnönünün həm siyasi lideri, həm də müasirləşmə prosesinin təmsilçisi kimi fəal şəkildə təhlil edilir. Məqalə iki əsas hissədən: birinci hissədə Aydəmirin yaradıcı İnönü obrazının təşəkkülü prosesi, müəllifin İnönü ilə şəxsi münasibətləri və bunun yaradıcılığına təsiri araşdırılır; ikinci hissədə İnönünün modernləşdirici fəaliyyətinin təsviri məsələləri – iqtisadi modernləşmə siyasəti, sosial-mədəni transformasiya və siyasi sistemin demokratikləşdirilməsi prosesi təhlil edilir.

Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, Aydəmirin əsərlərində İnönü obrazı tarixi şəxsiy­yət, modernləşmə prosesinin lideri və demokratik transformasiyanın təminatçısı kimi təqdim edilmişdir. İnönü dövrünün modernləşmə siyasəti iqtisadi, sosial-mədəni və siyasi sahələrdə paralel şəkildə həyata keçirilmiş, bu da transformasiya prosesinin kompleks xarakterini təmin etmişdir. Xüsusilə İkinci Dünya müharibəsi dövründə və müharibədən sonrakı mərhələdə Türkiyənin bey­nəlxalq sistemə inteqrasiyası yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur. Aydəmirin əsərlərində bu proseslərin sistemli təhlili və dərin interpretasiyası müasir türk tarixşünaslıq və ədəbiyyat­şünaslığı üçün fundamental əhəmiyyət kəsb edir.

Açar sözlər: İsmət İnönü, modernləşmə siyasəti, Şəvkət Sürəyya Aydəmir, demokratik transfor­masiya, Türkiyə Cümhuriyyəti tarixi


Gunay Akbarova

Zangilan secondary school No. 33

Ph. D. student

gunay.akbarova.zabil@gmail.com


Ismet Inonu: Political Leader and Representative of the Modernization Era


Abstract

The article examines the descriptive issues of the identity and activities of Ismet Inonu, one of the main figures of the modernization period of the Republic of Turkey, in the work of Shavket Surayya Aydemir. The main source of the research is the author's three-volume work "The Second Man". The relevance of the research is due to the fact that Inonu's period was one of the most intensive stages of the modernization process in the history of Turkey, and Aydemir's works are considered among the most reliable primary sources of this period.

In the study, Inonu's activity as both a political leader and a representative of the modernization process is analyzed. The article consists of two main parts: the first part examines the formation process of Inonu's image in Aydemir's work, the author's personal relationship with Inonu and its influence on his work; and in the second part, descriptive issues of Inonu's modernizing activity ‒ economic modernization policy, socio-cultural transformation, and the process of democratization of the political system are analyzed.

As a result of the research, it was determined that in Aydemir's works, the image of Inonu was presented as a historical figure, a leader of the modernization process and a guarantor of democratic transformation. The modernization policy of the Inonu era was carried out in parallel in the economic, socio-cultural and political spheres, which ensured the complex character of the transformation process. Especially during the Second World War and in the post-war period, Turkey's integration into the international system entered a new qualitative phase. Systematic analysis and deep interpretation of these processes in Aydemir's works are of fundamental importance for modern Turkish historiography and literary studies.

Keywords: Ismet Inonu, modernization policy, Shavket Surayya Aydemir, democratic transformation, history of the Republic of Turkey 


Baxış: 83