DOI: https://doi.org/10.36719/2706-6185/32/136-140

Şakir Abdullayev

ADA Universiteti

magistrant

sabdullayev4781@ada.edu.az                        


TƏHSİLDƏ KEYFİYYƏTİİDARƏOLUNMA MODELLƏRİ VƏ ONLARIN 

ƏSAS XÜSUSİYYƏTLƏRİ


Xülasə

Təhsil sahəsində keyfiyyət dedikdə, təhsilin nəticələrinə uyğun, əvvəlcədən müəyyən edilmiş normativlə müvafiq öyrənənlərin səviyyəsi, ümumi halda isə təhsilin durumu başa düşülür. Qeyd edək ki, təhsilin nəticələri təkcə öyrənənin təhsilini başa vurduqda yiyələndiyi bilik, bacarıqların səviyyəsi deyil, həm də onun dünyaya, cəmiyyətin inkişafına münasibətlərini göstərən müəyyən şəxsi keyfiyyətlərdir.

Müasir dövrdə təhsilin keyfiyyəti cəmiyyətin inkişafını təmin edən əsas göstəriciyə çevrilmişdir. Təsadüfi deyildir ki, müstəqillik qazanıldıqdan sonra təhsildə keyfiyyətin yüksəlməsinə və onun səmərəli idarəolunma modellərinin elmi əsaslarının işlənməsinə münasibət tamamilə dəyişmiş və daha konstruktiv xarakter almışdır. Keyfiyyət ümumiyyətlə istənilən obyektin müəyyənliyini bildirən fəlsəfi kateqoriya olub onun xassələrinin məcmusunda təzahür edən obyektiv və ümumi xarakteristikasıdır. Bundan başqa keyfiyyət istənilən prosesin elə bir müəyyənləşdiricisidir ki, onun sayəsində proses başqa proses kimi yox, məhz həmin proses kimi çıxış edir və digər proseslərdən fərqlənir. 

Təhsildə keyfiyyətin idarəolunma modelləri, innovasiya proseslərinin və onların idarə edilməsinin səmərəli metodlarının təhsil sisteminə gətirilməsi və nəticədə yeniliyin mənimsənilməsinin dərk edilməsinə və tətbiq olunmasına şərait yaratmalıdır. Bunun üçün tədris-təlim prosesinin qanunlarını pozmadan təhsildə keyfiyyətin pedaqoji qiymətləndirilməsi fasiləsiz olaraq həyata keçirilməli və vaxtında müvafiq korreksiya işləri aparılmalıdır.

Açar sözlər: təhsil, idarəetmə, keyfiyyət, islahat, pedaqogika


Shakir Abdullayev

ADA University

master student

sabdullayev4781@ada.edu.az



Management models of quality in education and their main features


Abstract

Quality in the field of education means the level of learners in accordance with the results of education, according to predetermined standards, and in general, the state of education. It should be noted that the results of education are not only the level of knowledge and skills acquired by the learner upon completion of education, but also certain personal qualities that show his relationship to the world and the development of society.

In modern times, the quality of education has become the main indicator that ensures the development of society. It is not accidental that after gaining independence, the attitude towards the improvement of quality in education and the development of the scientific basis of its effective management models has completely change and has become more constructive. Quality is generally a philosophical category that expresses the certainty of any object and is an objective and general characteristic manifested in the set of its properties. In addition, quality is a determinant of any process, thanks to which the process does not act like another process and differs from other processes.

Quality management models in education should create conditions for understanding and applying innovative processes and effective methods of their management to the educational system and, as a result, mastering innovation. For this, without violating the laws of the teaching-learning process, the pedagogical evaluation of the quality of education should be carried out without interruption, and appropriate corrective works should be carried out in a timely manner.

Keyworlds: education, management, quality, reform, pedagogy


Baxış: 445