Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/108/165-173

Elnur Ahmadzade 

Azerbaijan State Oil and Industry University

Master student 

hmdzadelnur@gmail.com


The Impact of Space Radiation on Spacecraft Electronics: 

Adverse Effects on Measurement Processes and Strategies for 

Mitigating Data Corruption


Abstract

The article investigates the effects of cosmic radiation on spacecraft electronics and measurement systems, as well as ways to prevent system failures. In contrast to interplanetary, magnetospheric and ground-based effects, this study provides a brief summary of the main effects of cosmic radiation on satellite and spacecraft electronics. 

The intensity of solar activity includes the complex effects of geomagnetic storms that can endanger the life of satellites and spacecraft, as well as adverse effects on spacecraft measurement processes and electronics due to electromagnetic emissions and energetic particles. During operation, the spacecraft is constantly exposed to radiation from various high-energy particles, which can lead to performance degradation and operational failures. In some cases, particles with sufficient energy penetrate the satellite surface, causing errors in measured values. Such events can lead to mismanagement of the overall system and even permanent system failure. It is important to understand the dynamics of the space radiation environment and related factors for the sustainable operation, design and operation of spacecraft according to the intended environment. This study investigates various anomalies related to the space radiation environment and outlines some strategies to mitigate their effects.

Keywords: cosmic radiation, effects of cosmic rays, reliability of electronics, radiation induced errors, degradation of electronic components, mitigation strategies


Elnur Əhmədzadə 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

magistrant 

hmdzadelnur@gmail.com


Kosmik radiasiyanın kosmik gəmilərinin elektronikasına təsiri: ölçmə 

proseslərinə mənfi təsirlər və məlumatların korlanmasının azaldılması strategiyaları


Xülasə

Məqalədə kosmik radiasiyanın kosmik aparatların elektronikasına və ölçmə sistemlərinə təsirləri, eləcə də yaranan sistem nasazlığının qarşısının alınması yolları araşdırılmışdır. 

Planetlərarası, maqnitosferik və yer əsaslı təsirlərdən fərqli olaraq, tədqiqat kosmik radiasiyanın peyk və kosmik aparatların elektronikasına əsas təsirlərin qısa xülasəsini təqdim edir. Günəş fəaliy­yətinin intensivliyinin peyk və kosmik aparatın uzun ömürlülüyünə xələl gətirə bilən geomaqnit fırtınalarının kompleks təsirləri, eləcə də elektromaqnit emissiyaları və enerji hissəcikləri səbəbin­dən kosmik aparatın ölçmə prosesinə və elektronikasına mənfi təsirləri daxildir. İstismar zamanı kosmik gəmi müxtəlif yüksək enerjili hissəciklərdən davamlı radiasiyaya məruz qalır ki, bu da performansın azalmasına və uğursuz əməliyyatlara səbəb ola bilər. Bəzi hallarda kifayət qədər enerjiyə malik hissəciklər peykin səthinə nüfuz edərək ölçülən dəyərlərdə xətalara səbəb olurlar. Bu kimi hadisələr ümumi sistemin səhv idarə edilməsinə və hətta sistemin qalıcı olaraq sıradan çıxmasına səbəb olur. Kosmik gəmilərin dayanıqlı işləməsi, onun nəzərdə tutulan mühitə uyğun dizayn edilməsi və istismarı üçün, kosmik radiasiya mühitinin dinamikasını, əlaqəli faktorları başa düşmək vacibdir. Bu işdə kosmik radiasiya mühiti ilə bağlı bir neçə anomaliyalar araşdırılmış və onların təsirlərini azaltmaq üçün müəyyən strategiyalar qeyd edilmişdir.

Açar sözlər: kosmik radiasiya, kosmik şüaların təsiri, elektronikanın etibarlılığı, radiasiya səbəbli yaranan xətalar, elekton komponentlərin deqradasiyası, radiasiyanın azaldılması strategi­yaları


Baxış: 78