Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
DOI: https://doi.org/10.36719/2663-4619/90/87-95

Tamerlan Hacıyev
 Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyası
magistrant
tamerlan.haciyev.2000@mail.ru


ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV AZƏRBAYCANDA MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARININ BANİSİDİR


Xülasə

Demokratik ideallara bağlılıq Azərbaycan xalqının milli düşüncə sistemində daim özünə möhkəm yer tapmış, onun yüzilliklər boyu can atdığı müstəqil dövlətçilik idealının ümdə qayəsinə çevrilmişdir. Ənənəvi və modernləşmiş sivilizasiyaların qovuşuğunda yerləşmiş respublikamız müstəqillik əldə etdikdən sonra demokratik dəyərlər vasitəsi ilə qlobal dünyaya inteqrasiya və milli-mədəni özünəməxsusluq yolunu seçmişdir. Bu gün Azərbaycan çevik və müstəqil siyasət yeridərək yeni dünya nizamının formalaşması prosesinə töhfəsini verir və qloballaşan dünyanın tərkib hissəsinə çevrilir.

Müstəqilliyimizin bərpasının ilk illərində bir sıra obyektiv və subyektiv səbəblər üzündən Azərbaycanda bu sahədə, demək olar ki, əsaslı irəliləyiş baş verməmişdi. 90-cı illərin əvvəllərində ölkədə yaşanan siyasi kataklizmlər, vətəndaş qarşıdurması, siyasi xaos və özbaşınalıq, iqtisadi tənəzzül, təcrübəsizlik, eyni zamanda, yeni cəmiyyətin tələblərinə uyğun qanunların olmaması kimi neqativ amillər bu vəziyyətə öz mənfi təsirini göstərmişdir. 

1993-cü ilin iyununda dünya şöhrətli ictimai-siyasi xadim, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə Azərbaycanın siyasi hakimiyyət rəhbərliyinə qayıdışından sonra ölkədə qanunçuluğun və hüquq qaydalarının bərpası istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi prosesi geniş vüsət almışdır. 

Açar sözlər: Heydər Əliyev, ümummilli lider, islahatlar, idarəçilik, hüquq sistemi, məhkəmə sistemi


Tamerlan Hajiyev 

The Academy of Public Administration under the
 President of the Republic of Azerbaijan

master student
tamerlan.haciyev.2000@mail.ru


National leader Haydar Aliyev is the founder of judicial and legal reforms
 in Azerbaijan


Abstract

Adherence to democratic ideals has always found a strong place in the National thinking system of the Azerbaijani people and has become the basis of the ideal of independent statehood, which it has been striving for for centuries. Located at the crossroads of traditional and modernized civilizations, our republic has chosen the path of integration into the global world and national-cultural identity through democratic values after gaining independence. Today, Azerbaijan, pursuing a flexible and independent policy, contributes to the formation of a new world order and becomes an integral part of a globalized world.

In the first years of the restoration of our independence, due to a number of objective and subjective reasons, there was practically no significant progress in this area in Azerbaijan. Negative factors such as political cataclysms, civil strife, political chaos and arbitrariness, economic decline, inexperience, as well as the lack of laws in accordance with the requirements of the new society in the country in the early 90s had a negative impact on this situation. 

After the return of the world-famous public and political figure, great leader Haydar Aliyev to the leadership of the political power of Azerbaijan at the request of the people in June 1993, the process of implementing complex measures to restore legality and legal rules in the country became widespread. 

Keywords: Haydar Aliyev, national leader, reforms, administration, legal system, judicial system




Baxış: 254