https://doi.org/10.36719/2663-4619/108/14-19
Telli İbrahimova
Bakı Slavyan Universiteti
filologiya üzrə fəlsəfə doktoru
69_cicek_69@ rambler.ru
İradə Zamanova
Bakı Dövlət Universiteti
zirada04@gmail.com
Ümumtəhsil məktəblərində distant təhsilin idarəolunmasında
təhlillər və hesabatvermə
Xülasə
Məqalə distant təhsilinin səmərəli idarəolunmasında qarşıya çıxan problemlərin araşdırılması və təhlillərin son nəticələri haqqındadır. Distant təhsil tədqiqatları zaman və məkandan asılı olmayaraq təhsil imkanları təmin etməklə təhsil və təlimi asanlaşdırır. Texnoloji inkişaflarla tədris prosesində təqdim etdiyi üstünlüklərlə hər gün populyarlığı artan distant təhsilin davam etdirilməsində bəzi çətinliklər yaşanır. Aparılan müşahidələr göstərdi ki, ümumi təhsil məktəblərində distant təhsilin uğurlu həyata keçirilməsində bir sıra maneə və çətinliklər olmuşdur.
Məqalənin əsas məqsədi bu problemlərin bir-birindən asılı şəkili baş verməsi üzrə bəzi təhlillərin aparılması və distant təhsilin tətbiqində meyarların və hesabatlılığın vacibliyi vurğulanır. Məqalə meyaralara uyğun distant təhsilin idarəolunması üzrə təhlillərin aparılmasını və hesabatın hazırlanması yollarını təklif edir. Məlumdur ki, ümumi təhsil məktəblərində distant təhsilin tətbiqi sahəsində kifayət qədər problemlər vardır. Bu problemlərin aradan qaldırılması üçün müşahidələr və bəzi hesabatların təhlillərini aparmaq lazım gəlir. Bu təhlillər məktəblərdə distant təhsil sahəsində qarşılaşan çətinlikləri aradan götürmək yollarını öyrənməyə imkan yaradır.
Açar sözlər: distant təhsil, təhlillər, araşdırma, hesabatın hazırlanması, meyarlar
Telli Ibrahimova
Baku Slavic University
Doctor of Philosophy in Philology
69_cicek_69@ rambler.ru
Irada Zamanova
Baku State University
zirada04@gmail.com
Review and Prepare to Report on the Secondary School's Distance
Learning Program Management
Abstract
This article discusses the investigation of the challenges faced in effectively managing distance education and presents the latest research findings. Distance education offers a flexible approach to learning, without the constraints of time and place. Despite its popularity and advantages, there are several difficulties in implementing distance education. Observations indicate that there are many obstacles and challenges in the successful implementation of distance education in general education schools.
The main aim of this article is to analyse the interdependence of these problems and underscore the significance of standards and accountability in the application of distance education. The article suggests ways to conduct an analysis of distance learning management and prepare reports according to the established criteria. It is well-known that there are numerous problems in the field of distance education in general education schools. To overcome these issues, it is necessary to conduct observations and analyse reports, which provide insights on ways to address the challenges encountered in distance education in schools.Keywords: distance education, analysis, research, report preparation, criteria