DOI: https://doi.org/10.36719/2706-6185/06/16-20
Nubar Yahyabala qızı Bağıyeva
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
magistrant
XALÇAÇI RƏSSAM MƏMMƏDHÜSEYN HÜSEYNOVUN
XALÇA KOMPOZİSİYALARI
Xülasə
Rəssam müxtəlif mövzu və üslub seçimi ilə əvvəllər mövcud olan bədii irsin ən gözəl ənənələrinin diqqətini cəlb edən dəyərli sənət əsərləri yaratmışdır. O, hər hansı predmetin əks olunduğu mühiti səciyyələndirən ifadəli obrazlar yaratmış, milli motiv elementlərinə yer açmağa çalışmışdır. Bu, onun zəngin bədii təxəyyülünün və incə zövqünün göstəricisidir. Xalçaçı rəssamın yaratdığı xalçalar ornamentlərin çox mürəkkəb və çox yönlü olması ilə seçilir. Bu xalçaların ornamenti hələ uzun müddət tədqiqat obyekti olaraq qalacaq, çünki onun bədii-sxematik estetik, mənəvi-emosional məzmunu tükənməz bir xəzinədir. Xalçaçı rəssamın yaratdığı xalça naxışları ilk baxışdan tamaşaçıların diqqətini cəlb edir. Onun müəllifi olduğu xalçalar həmişə maraq, sevgi və rəğbətlə qarşılanır.
Açar sözlər: Məmmədhüseyn Hüseynov, təsviri incəsənət, xalça sənəti, kompozisiya, ornament
Nubar Yahyabala Baghiyeva
Azerbaijan State Academy of Artist
master student
Carpet compositions by carpet artist Mammadhuseyn Huseynov
Abstract
The artist has created valuable works of art that attract the attention of the most beautiful traditions of the pre-existing artistic heritage with a choice of different themes and styles. He created expressive images that characterize the environment in which any subject is reflected, and tried to make room for elements of national motives. This is an indication of his rich artistic imagination and delicate taste. The carpets created by the carpet artist are distinguished by the fact that the ornaments are very complex and very versatile. The ornament of these carpets will remain the object of research for a long time, because its artistic-schematic aesthetic, spiritual and emotional content is an inexhaustible treasure. The carpet patterns created by the carpet artist attract the audience's attention at first sight. The carpets he authored are always met with interest, love and appreciation.
Keywords: Mammadhuseyn Huseynov, fine art, carpet art, composition, ornament