Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/100/69-74

Hədiyyə Nəsibova

Azərbaycan Texniki Universiteti

magistrant

hediyyenesibova@gmail.com


XİDMƏT SAHƏLƏRİNDƏ KEYFİYYƏT

MENECMENTİ SİSTEMLƏRİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ


Xülasə

Xidmət sahələrinə ictimai iaşə, maliyyə, məlumat, mənzil-kommunal, məişət, kirayə, turizm, hüquq, mehmanxana, mühafizə, tərcümə, təmir, ticarət, nəqliyyat, səhiyyə və rabitə xidmətləri daxildir. Qeyd etmək lazımdır ki, xidmət sahələrində davranış normalarını bilmək və onlara riayət etmək, insanlara qarşı nəzakətli, diqqətli və qayğıkeş olmaq, bir sözlə, cəmiyyətdə yaxşı tərz kimi qəbul edilmiş hər şey insanın davranış mədəniyyətinə aid edilir və etiketlə tənzimlənir.

Xidmət sahələri istehsal prosesi olmadan, başqalarının ehtiyacını ödəmək üçün həyata keçirilən əmək fəaliyyətidir. Əhaliyə göstərilən xidmət fiziki və mədəni sahələrə ayrılır.

Fiziki xidmətə- istehlakçının maddi və gündəlik tələbatını ödəmək üçün edilən xidmət, məhsulların istehsal xassəsinin artmasına və dəyişdirilməsinə, vətəndaşların arzusuna görə yeni məhsulların istehsalı, istehlak məhsullarının və insanların daşınmasının təmin edilməsi, iaşə xidmətləri, mənzil kommunal xidmətləri, nəqliyyat xidmətləri, təmir işləri ilə bağlı fərdi fəaliyyətin həyata keçirilməsi başa düşülür.

Sosial-mədəni xidmətlərə-insanların mənəvi, intellektual ehtiyaclarını qarşılamaq, istehlakçının normal həyatını təmin etmək üçün edilən xidmətlərdir. Bu sahəyə insanların sağlamlığı, mənəvi inkişafı, peşə bacarığının artırılması daxildir. Sosial-mədəni xidmətlərə- tibbi xidmətlər, mədəniyyət xidmətləri, turizm, təhsil və s. daxildir. 

Açar sözlər: xidmət sektoru, menecment, restoran biznesi, maliyyə menecmenti, turizm meneceri


Hadiyya Nasibova

Azerbaijan Technical University

master student

hediyynesibova@gmail.com


Improvement of quality management systems in service areas


Abstract

Service areas include public employment, finance, information, utility, housing, rent, tourism, law, hotels, security, translation, repair, commerce, transportation, health, and communications. It should be noted that knowing and following the norms of behavior in service areas, being polite, attentive, and caring towards people, in short, everything accepted as good manners in the society is attributed to the human behavior culture and regulated by etiquette.

Service industries are labor activities performed to satisfy the needs of others without the production process. The service provided to the population is divided into physical and cultural areas.

Physical services are provided to meet the material and daily needs of the consumer, increase and change the production properties of products, produce new products according to the wishes of citizens, provision of consumer products and transportation of people, catering services, housing utilities, transport services, and individual related to repair works implementation of the activity is understood.

Socio-cultural services are services are services provided to meet the spiritual and intellectual needs of people and ensure the normal life of the consumer. This field includes improving people’s health, spiritual development, and professional skills. Socio-cultural services include medical services, cultural services, tourism, education, etc. 

Keywords: service sector, management, restaurant business, financial management, tourism manager


Baxış: 288