Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/107/14-21

Nurtac Süleymanzadə

İstanbul Universiteti

doktorant

nurtaj.suleymanzada@ogr.edu.tr

https://orcid.org/0009-0003-3168-533X

Rövşən Kərimov

Xəzər Universiteti

rovshan.kerimov@khazar.org

https://orcid.org/0000-0001-5059-2735


Xəzər dənizi – Abşeron ərazisində gedən təbii proseslərin

və antropogen fəaliyyətlərin ekoloji-iqtisadi aspektləri


Xülasə

Məqalədə Xəzər dənizi və onun Abşeron sahillərində baş verən təbii və antropogen xarakterli dəyişikliklərin ekoloji və iqtisadi təsirləri araşdırılır. Xüsusilə Xəzər dənizinin səviyyə tərəd­düdlərinin Abşeron yarımadası sahillərində yerləşən turizm obyektlərinə vuracağı potensial ziyan, sahillərdə nəzarətin yetərli olmadığı halda baş verəcək sahil eroziyalarının güclü mənfi təsirləri təhlil edilir. Məqalədə qeyd olunur ki, vaxtında önləyici tədbirlər alınmazsa, bu eroziya prosesləri turizm sektoruna ciddi zərər verə bilər. Tədqiqat həmçinin Xəzər dənizindəki iqtisadi fəaliyyətlərin, xüsusən də neft hasilatı və turizm sektorunun ekoloji problemləri dərinləşdirə biləcəyini vurğulayır. Çirklənmə və invaziv növlərin yayılması biomüxtəlifliyin azalmasına və ətraf mühitin zərər görməsinə gətirib çıxarır. Bununla yanaşı, Azərbaycanın əsas gəlir mənbələrindən olan nərə balığı ticarətinə də zərbə vura bilər ki, bu da ölkənin iqtisadi gəlirlərində azalmaya səbəb ola bilər. Yaşıl iqtisadiyyata keçid və davamlı turizm strategiyalarının tətbiqi isə bu problemlərin həllində vacib addımlardan biri kimi göstərilir. Məqalədə regional əməkdaşlığın əhəmiyyəti və davamlı ekoloji siyasətlərin tətbiqi də qeyd olunur. Nəticə olaraq, Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün dövlətlərarası əməkdaşlıq və ekoloji təmiz texnologiyaların inkişaf etdirilməsi zəruri hesab edilir.

Açar sözlər: dəniz səviyyəsi, sahil, ekoloji-iqtisadi aspektlər, turizm, yaşıl iqtisadiyyat


Nurtaj Suleymanzade

Istanbul University

Ph. D. student

nurtaj.suleymanzada@ogr.edu.tr

https://orcid.org/0009-0003-3168-533X

Rovshan Karimov

Khazar University

rovshan.kerimov@khazar.org

https://orcid.org/0000-0001-5059-2735


The Ecological-Economic Aspects of Natural Processes and Anthropogenic Activities Occurring in the Caspian Sea - Absheron Region


Abstract

The article examines the ecological and economic effects of the natural and anthropogenic changes occurring in the Caspian Sea and its Absheron coast. In particular, it analyzes the potential damage that fluctuations in the sea level of the Caspian could cause to tourism facilities located along the coasts of the Absheron Peninsula, as well as the significant negative effects of coastal erosion that may occur if coastal management is insufficient. The article notes that if preventive measures are not taken in time, these erosion processes could severely damage the tourism sector. 


 

The research also highlights that economic activities in the Caspian Sea, especially oil extraction and the tourism sector, could exacerbate environmental problems. Pollution and the spread of invasive species lead to a reduction in biodiversity and environmental degradation. In addition, it may adversely affect the sturgeon trade, one of Azerbaijan's main sources of income, potentially resulting in a decrease in the country’s economic revenues. The transition to a green economy and the implementation of sustainable tourism strategies are presented as crucial steps in addressing these problems. The article also emphasizes the importance of regional cooperation and the adoption of sustainable environmental policies. In conclusion, interstate cooperation and the development of environmentally friendly technologies are deemed necessary to solve the Caspian Sea’s ecological problems.

Keywords: sea level, coast, ecological-economic aspects, tourism, green economy

Baxış: 172