Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Turanə Həsənova Uğurlu

Açar sözlər: sosial-mədəni yenilik, kontrkultura   fenomeni, ədəbiyyat, ideologiya
Key words: socio-cultural innovation, the phenomenon of counterculture, literature, ideology 
Ключевые слова: социокультурные инновации, феномен контркультуры, литература, идеология

Bildiyimiz kimi, hər bir yeni dövrün mədəniyyəti, özündən əvvəlki sosial-mədəni paradiqmanın tənəzzülünün dərk edilməsindən doğur [1]. Bu zaman, dəyərlərin qiymətləndirilməsində sosial-mədəni yeniliklər mexanizmi kimi kontrkultura özünü necə təzahür edir və nə vaxt, necə hakim mədəniyyətə qarşı yeni mədəniyyət yaranır kimi suallar qarşıya çıxır. Kontrkultura fenomeninə düzgün yanaşmamız, məsələnin tarixi və fəlsəfi əhəmiyyətini,onun funksiyasını və mədəni inkişafını dərindən  anlamağa   kömək edəcəkdir.
Bildiyimiz kimi, ABŞ-nın bütövlükdə tərbiyə sistemi, yəni, ailə, məktəb, kilsə, kütləvi informasiya vasitələri böyüməkdə olan yeni nəsldə “xoşbəxt təfəkkürün” inkişafına yönəldilmişdir. Belə ki, cəmiyyətdə  gənclərə nailiyyət qazanmağın, həyatı sevinclə və şərəflə yaşamağın yolları, müstəqillik, vətənpərvərlik, vətəndaşlıq qüruru və sahibkarlıq kimi xüsusiyyəytlər aşılanması hər kəsə məlumdur. Orta təbəqəyə aid olan amerika ailəsi  öz övladlarını liberal, demokratik ruhda tərbiyə etməyə çalışır. Belə bir cəmiyyətdə  gəncləri sevirlər və gəncliyi həyatın “qızıl çağı” adlandırırlar. Lakin, əfsuslar olsun   ki, müvəffəqiyətin təşviqi və real həyat heç də üst-üstə düşməyə bilər. Hər bir insan, xüsusi ilə gənc yaşlarında, qarşısına məqsədlər qoyur və hədəflərinə doğru irəliləyir. Əlbəttə ki, bu yolda təzadlı, bəzən isə aşılmaz maneələrə rast gəlirlər. Əgər insan qarşısına qoyduğu hədəfə çatmırsa,cəmiyyətdə özünə arzuladığı yeri tuta bilmirsə bax bu zaman onun ümidləri puç olur və beləliklə də “bədbəxt təfəkkür” formalaşır. Məlum məsələdir ki, bu tip hallar əsəb pozuntuları və ağır ruhi travmalara belə gətirib çıxardır. Bu dövrün ən perspektivli gənci haqqında belə Yulina N.A. yazır: “Gələcəkdə ən mötəbər təbəqədə peşəkar hazırlıq keçən ali məktəb tələbələrini, zənci işçi gəncləri ilə müqayisədə kiçik masştablı işsizlik gözləsə də, onları öz karyeralarında yüksəlmək üçün daha nəhəng  rəqabət gözləyir [2, 62]”

Baxış: 2705