Arxiv
Təbiət və elm 2024 Təbiət və elm 2023 Təbiət və elm 2022 Təbiət və elm 2021 Təbiət və elm 2020 Təbiət və elm 2019

DOI: https://doi.org/10.36719/2707-1146/41/47-52

Kamandar Daşdəmirov

Azərbaycan Dövlət Aqrar Universiteti

biologiya elmləri üzrə fəlsəfə doktoru

kamandar.dashdamirov@mail.ru

Tamara Abbasova

Azərbaycan Dövlət Aqrar Universiteti

biologiya elmləri üzrə fəlsəfə doktoru

abbasov2020@mail.ru   

https://orcid.org/0000-0003-3455-0652

Həcər Novruzova 

Azərbaycan Dövlət Aqrar Universiteti

hacar.novruzov@inbox.ru

Aysel Əsgərova 

Azərbaycan Dövlət Aqrar Universiteti

aysel.esgerova.93@list.ru

https://orcid.org/0009-0008-8178-8077


XXI ƏSRİN İDEAL KƏND TƏSƏRRÜFATI BİTKİSİ OLAN AMARANTIN (AMARANTHUS) BİOKİMYƏVİ XÜSUSİYYƏTLƏRİ


Xülasə

Amarantın tərkibi digər yem bitkilərindən fərqli olaraq zəngindir. Amarantın vegetativ orqanları gövdəsi, yarpağı, çiçəyi və toxumu zülallarla, vitaminlərlə, lipidlərlə və mineral maddələrlə zəngindir. Amarantın digər yem bitkisi ilə birlikdə istifadəsi (xüsusən sarqo ilə) heyvanların yemlənməsində xüsusi əhəmiyyət kəsb edir. Yemin tərkibi zənginləşir, heyvanlar bu qarışıq yemi yaxşı mənimsəyir, süd və ət məhsuldarlığının kəmiyyət və keyfiyyət göstəricilərinə müsbət təsir edir. Amarant bitkisi istənilən torpaqda bitən, istiyə və soyuğa davamlı çoxillik bitkidir. Toyuqların yemlənməsində toyuğun çəkisinin artırılmasında, yumurtanın keyfiyyətinin yaxşılaşdırılmasında bu bitki əvəzedilməzdir. Amarant bitkisinin toxumunda olan doymamış yağ turşularının (olein, linol, linolein) miqdarı digər yem bitkilərindən üstünlük təşkil edir. Antioksidant xassəyə malik ikiqat rabitələrlə zəngin skvalen maddəsi amarant toxumunda geniş yayılmışdır. Bizim apardığımız tədqiqat da isə vegetativ orqanlarda gövdəsində, yarpağında, çiçəyində və toxumunda əvəzolunmayan (valin, leysin, izoleysin, treonin, lizin, metionin, fenilalanin və s.), əvəzolunan (alanin, asparagin, asparagin turşusu, qlisin, qlutamin, qlutamin turşusu, prolin, serin, tirozin və s.), neytral (alanin, qlisin), hidroksi (hidroksilizin, tirozin), kükürdlü (sistin, metionin), əsasi (lizin, arginin, histidin), turşu (asparagin və qlutamin turşuları), homosiklik (fenilalanin, triozin) və heterotsiklik (triptofan, prolin) aminturşuların miqdarı kifayət qədər kəmiyyət göstəricilərinə malikdir. Amarant bitkisi müxtəlif növ aminturşularla zəngindir.

Açar sözlər: Amarant, gövdə, çiçək, toxum, aminturşu, xromatoqrafiya


Kamandar Dashdamirov

Azerbaijan State Agrarian University

PhD in biology

kamandar.dashdamirov@mail.ru

Tamara Abbasova

Azerbaijan State Agrarian University

PhD in biology

https://orcid.org/0000-0003-3455-0652

abbasov2020@mail.ru   


Hajar Novruzova 

Azerbaijan State Agrarian University

hacar.novruzov@inbox.ru

Aysel Asgarova 

Azerbaijan State Agrarian University

aysel.esgerova.93@list.ru

https://orcid.org/0009-0008-8178-8077


Biochemical properties of amaranth (Amaranthus), an ideal agricultural 

plant of the XXI century


Abstract

The composition of amaranth is rich, unlike other fodder crops. Vegetative organs of amaranth stem, leaf, flower and seed are rich in proteins, vitamins, lipids and mineral substances. The use of amaranth together with other forage plants (especially with sorghum) is of particular importance in animal feeding. The composition of the feed is enriched, animals absorb this mixed feed well, it has a positive effect on the quantitative and qualitative indicators of milk and meat productivity. Amaranth plant is a heat and cold resistant perennial plant that grows in any soil. This plant is irreplaceable in feeding chickens, increasing the weight of chickens, and improving the quality of eggs. The amount of unsaturated fatty acids (olein, linole, linolein) in amaranth plant seeds is superior to other forage plants. Squalene, a substance rich in double bonds with antioxidant properties, is widely distributed in amaranth seeds. Our research also revealed non-replaceable (valine, leucine, isoleucine, threonine, lysine, methionine, phenylalanine, etc.) and replaceable (alanine, asparagine, aspartic acid, glycine, glutamine, glutamic acid, proline, serine, tyrosine, etc.), neutral (alanine, glycine), hydroxy (hydroxylysine, tyrosine), sulfurous (cystine, methionine), basic (lysine, arginine, histidine), acidic (aspartic and glutamic acids), homocyclic (phenylalanine, triosine) and heterocyclic (tryptophan, proline) amino acids have sufficient quantitative indicators. Amaranth plant is rich in different types of amino acids.

Keywords: Amaranth, stem, flower, seed, amino acid, chromatography


Baxış: 114