Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/104/49-53

Billurə Hacıyeva 

Naxçıvan Dövlət Universiteti 

fizika-riyaziyyat üzrə fəlsəfə doktoru 

billurehaciyeva76@gmail.com


YARIMKEÇİRİCİ OPTİK KVANT GENERATORU VƏ ONUN 

ELEKTROENERGETİKA SİSTEMLƏRİNƏ TƏTBİQİ


Xülasə

Optik kvant generatorların köməyi ilə böyük intensivlikli nöqtəvi və ya müstəvi işıq mənbələri almaq mümkün olur. Elektrik enerjisi yarımkeçirici kvant generatorları vasitəsi ilə işıq enerjisinə çevrilir. Belə generatorların faydalı iş əmsalı çox böyük olmaqla yanaşı, özləri çox kiçik ölçüyə malikdir ki, bu da onun tətbiq imkanlarını artırır. Hesablamalardan belə məlum olmuşdur ki, işıq generatoru vasitəsi ilə yerə yaxın ulduzlarla rabitə yaratmaq mümkündür. Optik diapazonlu kvant generatorlarının ən mühüm tətbiqlərindən biri kosmik gəmilərə qədər məsafələrin ölçülməsi və onların sürətini təyin etməsidir. Optik kvant generatorlarının üstünlükləri onların geniş və hərəkətli tətbiq olunmasına imkan vermişdir. Qısa müddətdə fəal mühitləri müxtəlif təbiətə, xassəyə və imkana malik olan lazerlər yaranmışdır. Lazer kəşf olunandan bəri az vaxt ərzində çox geniş və bö­yük sürətlə texnikanın müxtəlif sahələrində tətbiq olunmağa başladı. Lakin bu generatorlarda böyük sıxlığa malik enerjinin əldə edilməsi lazer şüalarının daha geniş tətbiqinə yol açdı.

Açar sözlər: yarımkeçirici, kvant elektronikası, optik kvant, aktiv maddə


Billura Hajiyeva

Nakhchivan State University

Doctor of Philosophy in Physics and Mathematics

billurehaciyeva76@gmail.com


Semiconductor optical quantum generator and its application to power systems


Abstract

With the help of optical quantum generators, it is possible to obtain high-intensity point or plane light sources. Electrical energy is converted into light energy by means of semiconductor quantum generators. Such generators have a very large efficiency and a very small size, which increases their application possibilities. From the calculations, it became known that it is possible to communicate with the stars close to the earth by means of a light generator. One of the most important applications of optical-band quantum generators is measuring distances to spacecraft and determining their speed. The advantages of optical quantum generators have allowed their wide and mobile application. In a short time, lasers with active media of different nature, properties and capabilities have been created. Since its discovery, the laser has been widely and widely used in various fields of technology in a short period of time. However, obtaining high energy density in these generators led to a wider application of laser beams.

Keywords: semiconductor, quantum electronics, optical quantum, active substance


Baxış: 162