Arxiv
Təbiət və elm 2024
Təranə Əli qızı Poladova
Qərbi Kaspi Universiteti
kimya üzrə fəlsəfə doktoru, dosent
teranepoladova@hotmail.com
Ələsgər Dadaş oğlu Ağa-zadə
Qərbi Kaspi Universiteti
tibb elmləri doktoru, dosent
alesgeragazade55@gmail.com
Ülviyyə Nizami qızı Kərimova-Cəfərova
Qərbi Kaspi Universiteti
kimya üzrə fəlsəfə doktoru
ujapharova@gmail.com
YENİ SƏTHİ-AKTİV HEKSADESİLETİLOLAMMONİUM ETANOT
VƏ PENTANOAT DUZLARININ SİNTEZİ VƏ TƏDQİQİ
VƏ PENTANOAT DUZLARININ SİNTEZİ VƏ TƏDQİQİ
Xülasə
Yüksək səthi aktivliyə malik olan katanion tipli səthi-aktiv duzların sintezi, tədqiqi və perspektivli tətbiq sahələrinin araşdırılması istiqamətində tədqiqat işləri aparılmışdır. Sintez edilmiş duzların əsas fiziki-kimyəvi göstəriciləri, o cümlədən ən mühüm səthi aktivlik parametrləri təyin olunmuşdur. Sintez edilmiş katanion duzun quruluşu İQ və UB spektroskopiya üsulları ilə identifikasiya edilmişdir. Alınmış duzların işığın dinamik səpilməsi metodu ilə müxtəlif qatılıqlı sulu məhlullarında zərrəciklərin ölçüləri də təyin edilmişdir.
Bu duzların səthi aktivliyi tenziometr vasitəsi ilə su-hava sərhədində halqanın qopması üsulu ilə tədqiq edilmiş, müxtəlif qatılıqlı sulu məhlullarının elektrokonduktometriya üsulu ilə xüsusi elektrik keçiriciliyi təyin edilmişdir. Sintez edilmiş yeni duzların tətbiq yönümlü xassələrindən neftyığıcılıq qabiliyyətinin tədqiqinə xüsusi diqqət yetirilmişdir, çünki bu cür xassələrə malik olan səthi-aktiv reagentlər ekoloji cəhətdən təhlükəli olan nazik neft təbəqələrini su hövzələrinin səthindən kənar etməyə imkan verir.
Açar sözlər: katananion duzlar, işığın dinamik səpilməsi metodu, heksadesiletilolammonium xlorid, neftyığma, elektrokonduktometriya üsulu
Tarana Ali Poladova
Alasgar Dadash Agha-zade
Ulviyya Nizami Karimova-Japharova
Synthesis and study of new surface-active hexadecylammonium
ethanoate and pentanoate salts
ethanoate and pentanoate salts
Abstract
New surface-active catanionic-hexadecylethylolammonium ethanoate and pentanoate salts have been synthesized on the basis of hexadecylammonium chloride salt. Composition and structure of these reagents have been identified by IR and UV spectroscopy methods. By tensiometric measurements, their high surface activity at the water-air border has been shown. By electroconductometric method, specific electrical conductivity of the aqueous solutions of the complexes has been determined. The diameters of the aggregates formed by the synthesized surfactants in aqueous solutions have been determined via dynamic light scattering method. Petroleum-collecting properties of the synthesized complexes (in the pure state and in the form of 5% wt. aqueous solution) have been studied on the example of crude oil from the Pirallahi oil field in the Absheron Peninsula (Azerbaijan). The surfactant or its solution was added to a thin film (thickness 0.15-0.16 mm) of this petroleum on the surface of distilled water, fresh water and the Caspian Sea water (separately) in Petri dishes. By laboratory tests, their effectiveness for removal of ecologically-hazardous thin petroleum films from the water surface has been revealed. Since it was found that the presence of an alkyl radical in the composition of catanionic salts, as well as an increase in these radicals, contributes to an increase in the oil-collecting capacity.
Keywords: catanionic salts, dynamic light scattering, hexadecylammonium chloride, petroleum collecting, electroconductometry method
[attachment=2810:MƏQALƏNİ YÜKLƏf]
Baxış: 487