DOI: https://doi.org/10.36719/2663-4619/96/45-50
Şəlalə Mahmudova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
filologiya üzrə fəlsəfə doktoru
1960-1980-Cİ İLLƏRDƏ AZƏRBAYCAN UŞAQ HEKAYƏLƏRİNİN MÖVZUSU,
İDEYA-BƏDİİ XÜSUSİYYƏTLƏRİ
Xülasə
1960-1980-ci illərdə Azərbaycan uşaq nəsri daha geniş vüsət alaraq inkişaf etmişdir. Bu dövrdə Ə.Babayeva, X.Hasilova, Ə.Əhmədova, Y.Əzimzadə, Z.Xəlil, N.Süleymanov, N.Abdullayev, Ə.Səmədli və başqaları hekayə janrında bir-birindən maraqlı, rəngarəng mövzularda əsərlər yaratmışlar. Məqalədə adları çəkilən yazarların hekayələri tədqiq olunmuşdur. Həmçinin bu hekayələrin məktəbyaşlı uşaqların təlim-tərbiyəsindəki rolu vurğulanmışdır. Qeyd olunmuşdur ki, bu hekayələr məktəb yaşlı oxucuların biliyini, dünyagörüşünü, söz ehtiyatını artırır, onların təfəkkürünü, zehni qabiliyyətini zənginləşdirir. Eyni zamanda, oxuculara müsbət əxlaqi keyfiyyətlər aşılayır, məktəblilərin bədii zövqünü formalaşdırır. Belə qənaət əldə olunmuşdur ki, 60-80-ci illərdə yazılmışəsərlərin oxusuna bu gün də önəm verilməli, ədəbiyyat dərslərində bu kimi hekayələrin oxusu təşkil olunmalıdır.
Açar sözlər: hekayə, mövzu, ideya, məqsəd, təlim-tərbiyə, elmi-fantastika
Shalala Makhmudova
Azerbaijan State Pedagogical University
doctor of philosophy in philology
Theme, idea and artistic characteristics of children's stories
in Azerbaijan between 1960-1980
Abstract
Between the 1960-1980, Azerbaijani children's prose developed on a larger scale. During this period, A.Babayeva, K.Hasilova, A.Ahmadova, Y.Azimzade, Z.Khalil, N.Suleymanov, N. Abdullayev, A.Samadli, and others created works on captivating and colorful themes in the narrative genre. The stories of the authors mentioned in the article were examined. The role of these stories in the education of school-age children has also been emphasized. It was found that these stories broaden the knowledge, views, and vocabulary of school-age readers and enrich their thinking and mental abilities. At the same time, they instill positive moral qualities in readers and shape the artistic tastes of school-age children. It was concluded that the reading of works written in the 60s and 80s should still be significant today and such stories like these should be organized in literature classes.
Keywords: story, theme, idea, purpose, education, science fiction