Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Səbinə Sabir qızı Məmmədova
Bakı Slavyan Universiteti
sabinanarmin@gmail.com

MEDİA MƏDƏNİYYƏTLƏRARASI DİALOQUN QORUNMASINDA ƏSAS VASİTƏ KİMİ

Açar sözlər: media, mədəniyyətlərarası dialoq, sülh, tolerantlıq
Key words: Media, intercultural dialogue, peace, tolerance
Ключевые слова: СМИ, межкультурный диалог, мир, толерантность

Qloballaşma bir proses olaraq özündə iqtisadi, sosial, siyasi və mədəni və s. əlaqələrin vahid sistemini ehtiva edir, amma bu, insanlar və cəmiyyətlərin həqiqətən birlikdə yaşaması anlamına gəlmir. Bu milyonlarla yoxsul insana, qadınlara, gənclərə, miqrantlara və bir çox azlıqlara təsir edən izolyasiya ilə sübut edilir. Bə­şəriyyət bu gün daha çox informasiya, texnologiya və biliklərə sahibdir, ancaq insanların hələ də müna­qişələrin qarşısını almaq, yoxsulluğu aradan qaldırmaq, təhlükəsiz bir dünyada, harmoniyada yaşamağı öyrən­mək və müdrikləşmək imkanları məhduddur.


Baxış: 948