Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Nuranə Yusif qızı Yusifova
Bakı Dövlət Universiteti

SEÇKİ HÜQUQU VƏ SEÇKİ SİSTEMİNİN ƏSAS MAHİYYƏTİ

Açar sözlər: konstitusiya, seçki hüququ, seçki prosesi, legitimlik, xalqın iradəsi
Key words: constitution, suffrage, election process, legitimacy, the will of the people 
Ключевые слова: конституция, избирательное право, процесс выборов легитимность, народная воля

Giriş
Bəşəriyyət tarix boyu insan hüquqlarının məhdudlaşdırılmasının qarşısını almaq üçün idarəetmənin böyük bir praktiki prosesini keçmişdir. Bütün dünya dövlətçilik tarixində bu prinsipə əməl etmək üçün müxtəlif tədbirlərə, üsullara müraciət edilmişdir. Seçki məhz həmin üsullardan biridir. Seçkilər əksəriyyətin iradəsini ifadə etmək baxımından hakimiyyəti legitimləşdirir. Seçkilər vasitəsilə xalq öz nümayəndələrini seçir və suveren hüquqlarını həyata keçirmək üçün onlar arasında mandat bölgüsü aparır. Bu yolla insan və vətəndaşın ən mühüm hüquqlarından biri həyata keçirilir. 10 dekabr 1948 - ci il tarixli “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”ndə qeyd olunduğu kimi, xalqın iradəsi hakimiyyətin əsasını təşkil edir. Məqalədə seçki hüququ və əsas seçki sistemlərinin hüquqi mahiyyətindən bəhs olunmuşdur.


Baxış: 1537