https://doi.org/10.36719/2663-4619/109/150-155
Sima Paşayeva
H. Əliyev adına Hərbi İnstitut
fizika-riyaziyyat elmləri namizədi
Səltənət Veysova
H. Əliyev adına Hərbi İnstitut
fizika-riyaziyyat elmləri namizədi
Adi diferensial tənliklərin məxsusi həllinin varlığı
Xülasə
Məqalədə törəməyə nəzərən həll olunmuş və törəməyə nəzərən həll olunmamış diferensial tənlikərin məxsusi həllinin varlığı, verilmiş intervalda həllin yeganəliyi və davamlılığı araşdırılmışdır. Törəməyə nəzərən həll olunmamış diferensial tənliyin həllinin varlığı və yeganəliyi teoreminin isbatı bu məqalədə qeyri-aşkar funksiyanın varlığı haqqında teoremdən istifadə edərək fərqli yanaşma ilə verilmişdir. Diferensial tənliyin lokal həllinin varlığı və yeganəliyinin araş-dırılması ilə yanaşı qlobal həllinin varlığı və verilmiş intervalda bu həlli intervalın sərhəddindən kənarda davamlılığı da tədqiq olunmuşdur.
Göstərilmişdir ki, verilmiş oblastında davam edilməyən həll yalnız müəyyən intervalda təyin oluna bilər ki, bu da həllin varlığının maksimal intervalıdır.
Açar sözlər: həllin davamlılığı, həllin varlığı və yeganəliyi, Lipşits şərti, yeganəlik nöqtəsi, məxsusi həll, diskriminant əyriləri