Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/109/142-149

Səltənət Veysova

H. Əliyev adına Hərbi İnstitut

fizika-riyaziyyat elmləri namizədi

seltenet.veysova63@gmail.com

 

Adi diferensial tənliklərin pikar üsulu ilə həllində xətaların

qiymətləndirilməsi

 

Xülasə

Məqalədə adi diferensial tənliklərin Pikar üsulu ilə həllin qurulması metodunun nəzəri əsasları göstərilmiş, istinad olunan teorem və təkliflərin fərqli təribatı verilmiş və uyğun isbat mexanizmi öz əksini tapmışdır. Diferensial tənliklərin həllində ardıcıl yaxınlaşmaların verilmiş çoxluqda müntə­zəm olaraq hər hansı bir funksiyaya yığılması tədqiq olunmuş və bu yaxınlaşma zamanı uyğun limitin inteqral tənliyin həlli olması göstərilmişdir. Tədqiqat zamanı həmçinin müntəzəm yığılan bütün yaxınlaşmaların müəyyən düzbucaqlının daxilində yerləşməsi və klassik nəzəriyyəyə əsasən tənliyin həllinin yalnız məhdud oblastın daxilindən kənara çıxmadığı faktı izah olunmuşdur.

Açar sözlər: pikar yaxınlaşması, həllin varlığı və yeganəliyi, lipşits şərti, inteqral tənlik, ardıcıl yaxınlaşma, müntəzəm yığılma


Baxış: 56