Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Abdullah Erdəm
Açar sözlər: intellektual çatışmazlıq, idrak fəaliyyəti, təlim-tərbiyə, korreksiya 
Key words: intellectual inadequacy, cognitive activity, training, education correction
Ключевые слова: интеллектуальная недостаточность, познавательная деятельность, обучение-воспитание, коррекция
 

Ənənəvi olaraq, intellektual çatışmazlıqlar baş beynin üzvü zədələnməsinin nəticəsi hesab olunur. Baş beynin fəaliyyətinin üzvü pozulmaları daha çox ağır əqli gerilikli uşaqlarda aşkar edilir. Yüngül və orta səviyyəli intellektual çatışmazlıqları olan uşaqlarda üzvü zədələnmələr çox nadir hallarda qeyd edilir. Bu o deməkdir ki, əqli geriliyin müxtəlif formalarının patogenezi birmənalı deyil, intellekt və baş beyin quruluşunun üzvü zədələnmələri arasındakı əlaqə hələ də tam açıqlanmamışdır.Əqli geriliyin aparıcı əlaməti ali psixi funksiyaların formalaşma pozulması kimi özünü göstərən idrak proseslərinin (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, təxəyyül, nitq) zəifliyi və ya deformasiyası, emosional-iradi sahə və motorikada kənara çıxmalar, bütövlükdə şəxsiyyətin formalaşmaması ilə ifadə olunmuş intellektual çatışmazlıqdır.


Baxış: 1769