Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025
Müəllif: S.M.Cabbarlı
Açar sözlər: qiymətləndirmə, təlim prosesi, planlaşdırma, giriş faktorları
Key words: assessment, the process of teaching, planning, input factors
Ключевые слова: оценивание, процесс обучения, планирование, входные факторы

Bu məqalədə bizim əsas məqsədimiz ali məktəbdə qiymətləndirmənin rolunu və vacibliyini tədqiq etməkdir.
G.Loukerin təbiri ilə desək, qiymətləndirmə ali məktəbin dəhlizlərindən başlayır və audotoriyaya daxil olaraq tələbələrə xidmət etməyə can atır [7, səh. 47]. Makfarlaynın məqaləsində qeyd edilmişdir ki, qiymətləndirmə tələbələrin təhsilində vacib rol oynayır [6, səh.160]. Marta L.A.Stassen isə belə hesab edir ki, qiymətləndirmə tələbənin təhsilinin yaxşılaşması üçün məlumatın sistemli şəkildə toplanıb təhlil edilməsidir [12, səh. 5].Bu tərif tələbələrin təhsil prosesində qiymətləndirilməsinin əsas məqsədini əks etdirir. Təhsil zamanı tələbələrin qiymətləndirilməsi müəllimlərə təlimin effektivliyini yoxlamaq imkanı verir. Tələbələrin qiymət vasitəsilə biliklərinin yoxlanılması çox vacibdir, çünki bu yolla həm müəllimlər, həm də tələbələr təlim prosesində nəyə nail olduqlarını öyrənirlər.
Baxış: 997