Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Quliyeva Səmayə Akif qızı 
Açar sözlər: nitq vərdişləri, kommunikativ bacarıq, bədən dili, linqvistika
Key words: speech habits, communicative skill, body language, linguistics
Ключевые слова: речевые привычки, коммникативный навык, язык тела, лингвистика
 

Xarici dilin tədrisi metodikası dilçilik elmi ilə sıx bağlıdır. Metodika bir elm kimi, özünün bir sıra problemlərini nəinki dilçiliklə birgə, həm də onun köməyilə həll edir. Bu fikirlər metodika ilə dilçiliyin ümumi əlaqəsini əks etdirir. Bəs bu əlaqə nitq vərdişlərinin formalaşdırılmasına necə təsir edir? Bu sualı aydınlaşdırmadan öncə nitqin tədrisi prosesində metodistləri və müəllimləri daim düşündürən məsələlər və maraq doğuran suallara nəzər yetirək:
- Nitqdə hansı aspektlərə önəm verilməlidir?
- Qrammatik qaydalardan başqa hansı qaydalara dil öyrənənlər nitq prosesində ehtiyac duyurlar?
- Nitq fəaliyyətlərinin hansı növü auditoriyada daha çox istifadə olunur?
- Nitqin formalaşdırılmasında hansı materiallardan istifadə edilir?
- Düzgün ünsiyyət qurmaq üçün hansı növ semantik-qrammatik biliyə ehtiyac var? [2, s.90]


Baxış: 1327