Bəhruz Əlizadə
Azərbaycan Dövlət İqtisad Universiteti
magistrant
behruzelzadee@gmail.com
UOT 372
ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ VEB PORTALLARIN TƏTBİQİ
XÜSUSİYYƏTLƏRİ VƏ ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
Xülasə
Müasir təhsil bazarında veb portallar ali təhsil müəssisələri (ATM) üçün həyati əhəmiyyət kəsb edən alətlərdən birinə çevrilmişdir. Ona görə ki, veb portallar bütün akademik heyət arasında qarşılıqlı əlaqə vasitəsi və səmərəli ünsiyyət kanalı kimi mühüm rol oynayır. Eyni zamanda, veb portallar ATM-in sahib olduğu bütün informasiya resurslarının bir mərkəzdən və effektiv idarə olunmasına şərait yaratmaqla ATM-lərin rəqabət qabiliyyətinin artırılmasının açar elementlərindən biri kimi çıxış edir. Ona görə ki, veb portallardan istifadə ATM-lərə daha çox tələbə cəlb etməyə, eləcə də, interaktiv və innovativ tədris metodlarını tətbiq etməyə imkan verir.
Məqalənin yazılması zamanı məzmun təhlili, ədəbiyyat icmalı, müqayisə və ümumiləşdirmə kimi tədqiqat metodlarından istifadə edilməklə veb portalların ATM-lərdə tətbiqini şərtləndirən amillər, ATM-lərdə veb portallardan istifadənin əsas məqsədləri, eləcə də, təmin etdiyi üstünlüklər və tələbələrin təhsil portallarından istifadə göstəriciləri araşdırılmışdır. Bundan başqa, Azərbaycanda veb portalın uğurlu tətbiqi baxımından seçilən UNEC-in təcrübəsi öyrənilmiş və rəqəmsal universitet modelində veb portalların əsas funksiyaları tədqiq olunmuşdur.
Açar sözlər: ATM, veb portallar, təcrübə, tələbə, informasiya
Bahruz Alizadeh
Azerbaijan State University of Economics
master student
behruzelzadee@gmail.com
UOT 372
Application characteristics and main activity directions of web
portals in higher education institutions
Abstract
In today's education market, web portals have become one of the vital tools for higher education institutions (HEIs). Because web portals play an important role as a means of interaction and effective communication channel between all academic staff. At the same time, web portals act as one of the key elements of increasing the competitiveness of ATMs by creating conditions for effective management of all information resources owned by ATMs. Because the use of web portals allows ATMs to attract more students, as well as to apply interactive and innovative teaching methods. During the writing of the article, using research methods such as content analysis, literature review, comparison and generalization, the factors determining the application of web portals in ATMs, the main goals of using web portals in ATMs, as well as the advantages it provides and indicators of students' use of educational portals were investigated. In addition, the experience of UNEC, which is selected in terms of the successful implementation of the web portal in Azerbaijan, was studied and the main functions of web portals in the digital university model were studied.
Keywords: HEI, web portals, experience, student, information