Ana dili kurikulumlarında dil qaydalarının öyrədilməsi probleminə çox geniş yer verilsə də, bu məsələ ilə bağlı nəzərdə tutulanları konkret şəkildə aşağıdakı kimi ümumiləşdirmək olar: şagird dil qaydalarının mənimsədilməsi zəminində “zəruri fonetik, leksik, qrammatik anlayışları izah edir, onları bir-birindən fərqləndirir, mülahizələrini müxtəlif üsullarla əsaslandırır və təqdim edir, şifahi və yazılı nitqində dilə aid qaydaları mənimsədiyini nümayiş etdirir [5, 15].
Dil qaydalarının yeri və əhəmiyyəti ana dili kurikulumlarının məzmun xətləri içərisində xüsusi olaraq qeyd olunur. Dil qaydalarının öyrədilməsi işi ibtidai sinif şagirdlərinin əsas fəaliyyət istiqamətlərindən biri kimi qiymətləndirilir. Şagirdlər dil qaydalarını mənimsəyərkən aşağıdakı keyfiyyətlərə yiyələnirlər:
- Dilin fonetik, leksik və qrammatik quruluşu ilə bağlı minimum bilikləri yığcam, sadə, aydın qayda və şərhlər formasında mənimsəyir;
- Orfoqrafiya və orfoepiya qaydalarına dair zəruri vərdişlərə yiyələnir;
- Durğu işarələrinin əhəmiyyəti, ondan düzgün istifadə olunması zərurətini dərk edir;
- Mədən nitq üçün vacib olan ntq bacarıqları formalaşdırılır;
- Bütün bunların təcrübədə tətbiqinə nail olunur.