Arəstə Xudiyeva
AMEA Folklor İnstitutu
dissertant
ANQLO-SAKSONLARDA VƏ AZƏRBAYCAN TÜRKLƏRİNDƏ ADVERMƏ VƏ ANTROPONİMLƏRİN TİPOLOGİYASI
(EPİK MƏTNLƏR ƏSASINDA)
Xülasə
Epik onomastikanın incələnməsi göstərir ki, dünyanın əksər xalqlarında ad təkcə nominativ əhəmiyyət kəsb etməyib, insanın mənşəyi, etnik-milli kimliyi, dini, psixikası, görkəmi, xarakteri haqqında informasiya daşıya bilir. Bunlardan əlavə, ad ibtidai təfəkkür üçün bəlkə də birinci dərəcədə əhəmiyyətli sayılan magik funksiya yerinə yetirir. Sözsüz ki, anlo-sakson və türk-oğuz şəxs adlarının (o cümlədən epik adların) tərkibində hərbi və sosial məzmun daşıyan komponentlərlə əlaqəli kəlmələrin olması müəyyən tarixi kəsimdə xüsusi əhəmiyyət və anlam daşımışdı. Lakin qeyd edilməlidir ki, əksər belə qədim adlar döyüş tematikasına bağlı olsalar da və nə qədər əzəmətli səslənsələr də, ilk öncə magik funksiya yerinə yetirirdilər. Xüsusən, Azərbaycan (Oğuz) eposunun adlar sistemi göstərir ki, adla adı daşıyan obyekt arasında daxili əlaqə, bir çox hallarda adla daşıyıcının funksional bağlantısı olmalı idi. Biz bunu “Oğuz kağan”, “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və başqa dastanlarda izləyə bilirik. Azərbaycan və ingilis xalqlarının qədim advermə ənənəsində patriarxatla bağlı nüanslar da özünü göstərir. Lakin oğuzların inam sistemində atalar kultunun xüsusi önəmli yer tutması bu məsələdə onları xüsusilə seçdirir.
Açar sözlər: epik onomastika, Azərbaycan antroponimləri, qədim ingilis adları, qəhrəmanlıq eposu, advermə, Azərbaycan folkloru
Arasta Khudiyeva
ANAS Institute of Folklore
dissertatist
Typology of giving a name and anthroponyms in Anglo-Saxons and Azerbaijan Turks (Based on epic texts)
Abstract
The clarification of epic onomastics shows that for most peoples of the world, the name has not only a nominative meaning, but can carry information about the origin of a person, ethnicity, religion, psyche, appearance, character. In addition, the name performs a magical function, perhaps the most important for primitive thinking. It goes without saying that the presence in the Anglo-Saxon and Turkic-Oghuz personal names (including epic names) of words related to the military and social components had a special meaning and meaning in a certain historical period.
However, it should be noted that most of these ancient names were associated with the theme of war and, no matter how majestic they sounded, they performed primarily a magical function. In particular, the naming system of the Azerbaijani (Oghuz) epic shows that there must have been an internal connection between the name and the object bearing the name, and in many cases a functional connection between the name and the bearer. We see this in the epics "Oguz Kaghan", "Kitabi-Dada Gorgud", "Koroghlu" and others. The nuances associated with patriarchy are also manifested in the ancient advertising tradition of the Azerbaijani and British peoples.