Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Rəhimə Qədir qızı Məmmədova
Açar sözlər: şəxs əvəzlikləri, vos, semantik əhəmiyyəti 
Key words: personal pronouns, vos, semantic valuе
Ключевые слова: личные местоимения, vos, семантические значения
 

Şəxs əvəzlikləri mənaca dil işarələrindən ibarət olan fikri ifadə edir. Bu konsepsiya və ya anlayış ünsiyyətin bütün növlərində işarələri bildirən hər hansı bir fikri ifadə edir və sosial, mədəni və psixoloji aspektlərlə sıx əlaqəlidir. Qeyd etməliyik ki, bu zaman sosial vəziyyətin linqvistik qarşılıqlı əlaqəni asanlaşdırdığını göstərir, halbuki sosial və ya psixoloji qeyri-müəyyənlik mövcud olduqda, natiqlər düzgün ekvivalenti seçərkən problemlərlə qarşılaşa bilərlər. İspan dilçilərinin fikrincə müraciət əvəzlikləri yalnız əvəzliklərin linqvistik kateqoriyasına aid deyil, həm də insanlar arasında sosial münasibətlərdə istifadə olunan vocativ terminlərinin paradiqmasına aiddir.
Fridrixin fikrinə əsasən “müraciət əvəzlikləri sosial quruluşun məcburi xüsusiyyətlərini əks etdirən semantik kateqoriya ilə qrammatik kateqoriaya arasında əlaqəni təmin edir”. İkinci şəxsin cəmində işlənən şəxs əvəzlikləri cəmiyyətin daxili və qrammatik qaydaları arasında sərhəd yaradır. Sosial, mədəni və psixoloji əhəmiyyəti aydınlaşdırmaq üçün biz, bir sıra lüğətlərə istinad edib aşağıda aydınlıq gətirək.Tú -sən şəxs əvəzliyi digər dörd əvəzliklər ilə müqayisə etsək, görərik ki, [tú] qeyri-rəsmi sityasiyalarda müraciət forması olub, ailədə, qeyri-rəsmi nitqdə işlənilir.


Baxış: 999