Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
DOI: 10.36719/AEM/2007-2019/47/56-59
Mqəllif: Mətanət Musa qızı Aslanova

Açar sözlər: Aşıq, şeir, çoxmənalı sözlər, omonim, omofon, omoform
Key words: polysemantic words, homonyms, homophons, homophorm, poems 
Ключевые слова: многозначные слова, омонимы, омофон, омоформ, стихи

“Aşıq Ələsgər  leksikası əsrarəngiz bir muzeydir. Bu muzeydə poetik sözün bütün çalarlarını, rənglərini, akustik cazibəsini, intonasiya formalarını, eyni sözün cürbəcür şəkildə məna variantlarını, sözlərin bir-birinə təması nəticəsində musiqi yaranmasını müşahidə etmək olar. Şeirin gözəlliyində sözün rolu və qiyməti əvəzsizdir” (4;27).
Həqiqətən də, Ələsgər söz mülkünün hakimi olan sənətkarlardandır. Onun şeirlərində klassik poeziyadan gələn ifadələrlə yanaşı, el ədəbiyyatında, xalq danışıq dilində işlənən kəlmələrə də rast gəlmək olur. Gül əndam, lalə yanaq, maral baxışlı, qələm qaşlı və s. bu kimi xeyli xalq danışıq dilinə məxsus ifadələri işlətməklə aşıq şeirlərinə canlılıq, ifadəlilik, əyanilik gətirmişdir.


Baxış: 4083