https://doi.org/10.36719/2663-4619/109/127-130
Fatimə Babayeva
Naxçıvan Dövlət Universiteti
https://orcid.org/0000-0003-2328-722X
Lalə Həsənli
Naxçıvan Dövlət Universiteti
https://orcid.org/0009-0003-3196-1285
Autizm spektr pozuntusu olan şəxslərdə erkən diaqnozun önəmi
Xülasə
Autizm spektri pozğunluğu (ASP) anadangəlmə olur və həyatın ilk illərində baş verən bir pozğunluqdur. Bu, inkişafa təsir etdiyinə görə "inkişaf pozğunluğu" olaraq da adlandırılan neyroinkişaf fərqidir. İnsan beyni strukturuna və fəaliyyətinə təsir edən müxtəlif sinir sistemi problemlərindən qaynaqlanan autizm spektrinin pozulmasından yarandığı dəqiq bilinməsə də, bunun genetik əsası olduğu, başqa araşdırmalarda bunun hamiləlik və öncəsində qidalanma və antibiotik qəbulu ilə əlaqəsi olduğu da düşünülür.
Açar sözlər: autizm spektr pozğunluğu (ASP), təhsil, diaqnoz, autizm, şəxs