https://doi.org/10.36719/2706-6185/42/62-66
Mehrab Kərimli
Azərbaycan Dövlət İqtisad Universiteti
doktorant
https://orcid.org/0009-0008-8229-4247
Azərbaycan bank sektorunda gəlirliliyin təhlili: Kapital Bank və
Paşa Bank üzərində araşdırma
Xülasə
Müasir dövrdə bank sektoru insanların gündəlik həyatında, müəssisələrin fəaliyyətində və iqtisadiyyatda böyük rola malikdir. Xüsusən son illərdə texnologiyanın sürətli inkişafı, bankların fəaliyyət sahələrinin genişlənməsi ilə bankların əhəmiyyəti daha da artmışdır. Məlum olduğu kimi, bankların əsas məqsədi göstərdikləri xidmətlərdən, fəaliyyətdən gəlir əldə etməkdir. Lakin bütün şirkətlər kimi bankların da fəaliyyətlərində qarşılaşdıqları və ya qarşılaşa biləcəkləri bir çox risk növləri var və fəaliyyətinə təsir edən bir çox digər amillər mövcuddur. Banklar bu risklərin qarşısının alınması üçün tədbirlər görməli və onların fəaliyyətinə təsir edə biləcək amillərlə bağlı qərarlar qəbul etməlidirlər. Bunlardan biri də kapital strukturu ilə bağlı qərarlardır. Kapital strukturu bankın gəlirliliyi üzərində əhəmiyyətli təsirə malikdir. Bu araşdırmada ilk növbədə ümumilikdə kapital strukturu, kapitalın strukturuna təsir edən amillər və kapital strukturu ilə bağlı qərarlar haqqında məlumat verilmişdir. Daha sonra Kapital Bank və Paşa Bank üzərində aktivlərin gəlirliliyi (ROA) və kapitalın gəlirliliyi (ROE) ilə bağlı araşdırma aparılmışdır.
Açar sözlər: banklar, gəlirlilik, aktivlər, kapital, kapital strukturu