Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Əliyeva Ləman Mürşüd qızı
Açar sözlər: üslubiyyət, cümlə, bədii üslub, təlim prosesi
Key words: style, sentence, art style, learning process
Ключевые слова: стиль, предложение, художественный стиль, учебный процесс
 

Məlumdur ki, qrammatika dilin quruluşunda əhəmiyyətli yerə sahibdir. Buna görə də orta məktəbdə şagirdlərə cümlə qurmaq vərdişlərinin aşılanması üçün sintaksisin əsas qaydalarını öyrənməyə və cümlənin üslubi cəhətdən aydın, dəqiq, ahəngdar qurulmasına diqqət yetirmək lazımdır.
Müəllim bu məsələnin izahına başlayarkən, əvvəlcə şagirdlərə izah etməlidir ki, cümlənin aydın və dəqiq olması üçün yalnız münasib sözləri seçmək kifayət deyildir; cümləni elə qurmaq lazımdır ki, hər bir oxucu cümləni dəqiq və düzgün anlaya bilsin. Ona görə də zəngin söz ehtiyatına sahib olmaq hələ cümlə qurmaq üçün hər şey deyil, əsas məsələ bu sözləri yerində işlədərək mükəmməl cümlə qurmaqdır.


Baxış: 10464