Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Nigar Məmməd qızı Məmmədova
Açar sözlər: assimilyasiya, alınma söz, fonetika, orfoqrafiya, leksika.
Key words: assimilation, borrowing, phonetics, orthography, lexis.
Ключевые слова: ассимиляция, заимствование, фонетика, орфография, лексика.
 

Dünyada elə bir dil yoxdur ki, yalnız öz milli sözlərindən ibarət leksikaya malik olsun. Dünya xalqları arasında ictimai, siyasi, iqtisadi, elmi və s. əlaqələrin inkişafı onların mənsub olduğu dillərin də lüğət tərkibinə yeni sözlərin daxil olmasına səbəb olur. Bu əlaqələr nəticəsində bir dildən digər dilə yeni sözlər keçir və bu proses fasiləsiz olaraq davam edir. P.L. Çernıxın fikrinə görə “Çox çətin təsəvvür etmək olar ki, bir dil, hətta özünün ən qədim vəziyyətində belə, başqa dilin heç bir təsirinə məruz qalmamış olsun” [7, s.139].
Bir dildən digər dilə keçən sözlər, bir qayda olaraq, dilçilikdə əcnəbi və ya alınma sözlər adlandırılır. Alınma söz dedikdə nəyi başa düşürük? Alınma söz dedikdə, dildə başqa dil ünsürlərinin fonetik, leksik, qrammatik, sintaktik və morfoloji sahələrdə özünü göstərən başqa dil təsirlərinin məcmusu başa düşülür.


Baxış: 1099