Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Zərifə İsmayıl qızı Avilova, Zərifə Bayram qızı Məmmədova

Açar sözlər: İmadəddin Nəsimi, poeziya tarixi, ədəbi dil, sufilik 
Key words: Imadaddin Nasimi, Poetry History, Literary Language, Sufism
Ключевые слова: Имададдин Насими, история поэзии, литературный язык, суфизм

Orta dövr Azərbaycan ədəbiyyatının ən qüvvətli nümayəndələrindən biri də İmadəddin Nəsimidir. Onun əsl adı Seyid Əlidir, Nəsimi təxəllüsüdür. Yaradıcılığının əvvəllərində isə o, “Hüseyni” və “Seyyid” təxəllüsləri ilə də şeirlər yazmışdır. Azərbaycan ədəbiyyatı tarixində Nəsimi “Şirvani” nisbəsi ilə də tanınır. O, 1369-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. İlk təhsilini Şamaxıda almış, dövrün bütün elmlərini – dinlərin tarixini, məntiq, tarix, ədəbiyyat, astronomiyanı öyrənmiş, Yaxın və Orta Şərq poeziyasına yaxından bələd olmuşdur.
Hələ gənc yaşlarında Nəsimi X əsrdə Bağdadda dara çəkilmiş Həllac Mənsur Hüseyninin sufi görüşlərini təbliğ etmiş və ilk şeirlərini “Hüseyni” təxəllüsü ilə yazmışdır.

Baxış: 1036