Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Rəfiqə Elçin qızı Seyidzadə
Bakı Slavyan Universiteti

AZƏRBAYCAN FOLKLORUNDA KOMİZM ELEMENTLƏRİ

Açar sözlər: qarşıdurma, gülüş, folklor, nağıl, xeyir və şər, əks, qəhrəman
Key words: conflict, laughter, fairy tale, good and evil, opposite, folklore, hero
Ключевые слова: противопоставление, смех, фольклор, сказка, добро и зло, воспроизведение, герой

Giriş
Gülüş, bədii gülüş, xalq gülüşü, gülüş mədəniyyəti kimi problemlər elmi düşüncəni müxtəlif cə­hətlərdən özünə cəlb etmiş və ayrı-ayrı tədqiqatçılar həmin problemlərin elmi təhlilini aparmışdır. Gülüş iki cür mahiyyətə malikdir: mühüm magik və mifoloji. Əslində bəzən onları bir-birindən ayırmağın özü də müm­künsüzdür. Beləliklə, günəş obrazında günəşin doğmasında və batmasında gülməyin və ağla­mağın təcəs­sümü, “Kosa-kosa” oyununda gülməli zahiri görkəmlə məzəli sözlərindən törəyən həyati oyanış, gülüşün bəladan xilasedici gücü və qəhrəmanı qəflət yuxusundan oyatmaq iqtidarı gülüşün özünü belə folklorun apa­rıcı qəhrəmanlarından birinə çevirir.


Baxış: 1373