Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Suliddin ABBASOV

Dünyada inkişaf etmiş ölkələrin maldarlığının tarazlıq balansına və populyasiyalann genetik strukturuna nəzər yetirsək onların dəyişkən korelyativ əlaqədartığa bağlılığı aydın olar.
Xüsusən qeyd etmək lazımdır ki, İlk növbədə həmin dövlətlər yaratdığı bins qrup və tipi mühitə dözümlü, olması və düşdüyü əraziyə tez uyğunlaşma prinsiplərini əsas tuturlar. Məlum olduğu kimi, əhalinin əsas ərzaq məhsulları olan ət, süd, yumurta günü- gündən artır. Bu isə əhali artımı ilə yanaşı ekoloji dəyişkənliyin baş verməsi əlamətləri arasında asılılığ yaradır. Yəni, əhalisi sıx olan ' yerlərdə, məsələn, Bakıda, Gəncədə, bu ərazilərdə yüksək süd verən naxırlar yaratmaq çətinləşir. İlk növbədə, əgər yüksək məhsullar Holştrn friz və Holland mallan gətirilsə belə, respublika Əhalisinin il ərzində (8000x305) südə olan tələbatı ödənilməyəcək. Çünki həmin heyvanların yüksək süd vermə qabiliyyətinin fizioloji tənzimlənməsi təsərrüfatlarda mümkün olmayacaqdır. Eyni zamanda, həmin mədəni cinslər il və il artan istilik və tələbi ödənilə bilməyən yem balansı toplanması yerinə yetirilməyəcək. Xüsusən də, Holştin friz, Qara-ala holland mənşəli heyvanlar Azərbaycanın ekstremal şəraitinə görə bilməyərək tez bir zamanda ən qorxulu olan qara yara, vərəm, dabaq tuperkulyoz kimi dəhşətli və kütləvi qırğınlara məruz qalacaqdır. Əgər bir illər böyu Azərbaycana gətirilmiş mədəni cinslərin (Holştin, Qara-ala, Qonur Latviya yə s.) son aqibəti onların depressiyaya uğramasını nəzərə alsaq, biz bü günləri kütləyi olaraq respublika daxilinə hamin cinslərin toxumlarının, gətirilməsinin yanlış olduğunu başa düşərik.




Baxış: 934