Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025
Müəllif: Nizami Rəhmanlı
Mən bıı yazımı əvvəl-axır qələmə alacağımı çoxdan bilirdim. Çünki peşə həvəsi, qəlbimdə bu İnsana qarşı qərar tutan hüdudsuz rəğbət və maraq, 15-16 il bundan öncə tanıdığım, ilk görüşümüzdəcə söz-söhbətimizin tutduğu, sıx ünsiyyət tapdığımız Oqtay Ramazan oğlu Hüseynov barədə təəssüratlarım, düşüncələrim, ürəyimə, yaddaşıma hopan duyğular aramsız körükləndırir, narm-narm alovlandırırdı.
Oqtay müəllimin dəfələrlə Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycan diasporu ilə bağlı demək olar ki, bütün ictimai-siyasi, mədəni-kütləvi tədbirlərdə iştirakını görmüşəm, müxtəlif mövzularda, istiqamətlərdə çıxışlarını dinləmişəm, bir çox həmvətənlərimizin buötkədə tale yüklü problemlərinin çölənməsində, həllində yorulmaz fəaliyyətinin, savab əməllərinin, fədakarlıqlarının şahidi olmuşam.
Baxış: 990