Arxiv
Elmi Tədqiqat 2024
Aytən Rafiq qızı Hacıyeva
Azərbaycan Respublikasınin Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası
Magistrant
ayten.haciyeva1998@gmail.com
AZƏRBAYCAN RESPUBLİKASINDA ƏQLİ MÜLKİYYƏT
HÜQUQUNUN KONSTİTUSİON HÜQUQİ ƏSASLARI
HÜQUQUNUN KONSTİTUSİON HÜQUQİ ƏSASLARI
Xülasə
Məqalə əqli mülkiyyət hüququnun anlayışı və əsaslarını konstitusion hüquqi aspektdən tədqiq etmişdir. Eyni zamanda mövzuda əqli mülkiyyət, əqli mülkiyyət obyektləri, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması ilə bağlı yaranan münasibətlər nəzəri olaraq şərh edilmişdir. Araşdırma zamanı Azərbaycan Respublikasının Konstitusiyanda təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqları əqli mülkiyyət hüququ ilə qarşılıqlı əlaqələndirilmişdir. Bundan əlavə, digər qanunvericilik aktlarında əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı normalar konstitusion müddəalarla qarşılıqlı təhlil edilmişdir.
Açar sözlər: Azərbaycan Respublikasının Konstitusiyası, konstitusiya hüququ, insan hüquqları, əqli mülkiyyət hüquqları, əqli mülkiyyət sistemi, intellektual məhsul, müəlliflik hüquqları, yaradıcılıq azadlığı, əqli fəaliyyət.
Hajiyeva Ayten Rafig
CONSTITUTIONAL LEGAL BASES OF INTELLECTUAL PROPERTY
RIGHTS İN THE REPUBLIC OF AZERBAIJAN
RIGHTS İN THE REPUBLIC OF AZERBAIJAN
Abstract
The article explores the concept and basis of intellectual property rights from a constitutional legal perspective. At the same time, the relations related to the protection of intellectual property, intellectual property objects, protection of the interests of the owners of intellectual property rights were theoretically commented on the topic. During the investigation, human and civil rights and freedoms enshrined in the Constitution of the Republic of Azerbaijan were interrelated with the right to intellectual property. In addition, the norms related to the protection of intellectual property rights in other legislative acts have been mutually analyzed with constitutional provisions.
Key words: The Constitution of the Republic of Azerbaijan, constitution law, human rights, intellectual property rights, intellectual property system, intellectual product, copyright, creative freedom, intellectual activity.
Baxış: 488