Arxiv
ELMİ İŞ - 2026
Müəllif: K.F.Nəsirova
Açar sözləri: Qaçqın, Məcburi köçkün, BMT, H.Əliyev, İnsan hüquqları
Key words: Azerbaiyan, History of international relationship, H.Aliyev, refugee.
Ключевые слова: Беженцы, Переселенцы, ООН, Г.Алиев, права человека
Açar sözləri: Qaçqın, Məcburi köçkün, BMT, H.Əliyev, İnsan hüquqları
Key words: Azerbaiyan, History of international relationship, H.Aliyev, refugee.
Ключевые слова: Беженцы, Переселенцы, ООН, Г.Алиев, права человека
Müraciət etdiyimiz mövzu Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin hüquqi vəziyyətindən bəhs edir. Biz tarixə nəzər salsaq görərik ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkün problemləri ilə daim üz-üzə qalıb. Qaçqınların və məcburi köçkünlərin pozulmuş hüquqlarımın bərpası istiqamətində dövlətimiz daim əzimkarkıqla çalışır. Təqzib edilməz bir faktdır ki, Azərbaycan dövlətinin əlverişli coğrafi regionda yerləşməsi və yeraltı-yerüstü təbii sərvətlərinin bol olması digər dövlətlərin daim marağına səbəb olmuşdur. XIX yüziliyin axırı və XX yüzillik Azərbaycanlıların həyatında ən dəhşətli işgəncələr, qırğınlar, qaçqınlıq və məcburi köçkünlük, soyqırım, deportasiyalar dövrü kimi qiymətləndirilir. Azərbaycanın ərazisinə daim gözdikənlər Ermənilər olmuşlar. XX əsrin əvvələrində erməni millətçiləri öz tarixi torpaqlarında yaşayan Azərbaycanlıları planlı sürətdə doğma yurdlarından çıxartmağa, qovmaga, məruz qoydular. 1905-ci ildəki Erməni-Azərbaycan müharibəsi Azərbaycanlıların soyqırımı il
Baxış: 1360