DOI: https://doi.org/10.36719/2789-6919/47/56-59
Kəmalə Vəliyeva
Azərbaycan Dövlət Dəniz Akademiyası
https://orcid.org/0009-0003-6587-4534
kvaliyeva64@gmail.com
Azərbaycan və ingilis dillərində əvəzliyin tədrisi metodikası
Xülasə
“Azərbaycan və ingilis dillərində əvəzliyin tədrisi metodikası” adlı məqalədə iki dildə əvəzliyin qrammatik xüsusiyyətləri və tədris üsulları müqayisəli şəkildə araşdırılır. Əvəzlik, nitq hissəsi kimi isim, sifət, say və zərf kimi sözlərin yerində işlənərək onları əvəz edən, kontekstə əsaslanaraq mənalandırılan sözlər qrupudur. Əvəzliklər, adətən nitqdə təkrarı aradan qaldırmaq, konkretlik yaratmaq, məna yükünü gücləndirmək və ya fikri ümumiləşdirmək funksiyasını daşıyır. Azərbaycan dilində əvəzliklər şəxs, işarə, sual, qeyri-müəyyən, mənsubiyyət, vəsaitlik və inkar əvəzliklərinə bölünür. Əvəzliklərin funksional imkanları genişdir. Onlar cümlənin müxtəlif üzvü ola, cümlədə predikat, mübtəda, tamamlıq, təyin və zərflik funksiyasını yerinə yetirə bilər. Əvəzliklərin işlənməsi danışıqda və yazıda fikrin konkretliyini və axıcılığını təmin edir. Əvəzliklərin tədrisi isə həm leksik-semantik, həm də qrammatik baxımdan yanaşmanı tələb edir. Müasir dövrdə kommunikativ və funksional metodların tətbiqi ilə əvəzliklərin öyrədilməsi daha effektiv olur. Əvəzliyin funksional rolu, semantik xüsusiyyətləri və sintaktik mövqeyi təhlil edilir. Tədrisdə kommunikativ, kontekstual və inteqrativ metodların tətbiqi, müasir texnologiya və interaktiv yanaşmaların rolu vurğulanır.
Tədqiqatda N.Xudiyev, A.Qurbanov, Q.Mustafayeva, H.Hüseynova kimi azərbaycanlı və Chomsky, Halliday, Krashen, Harmer kimi xarici dilçilərin fikirlərinə istinad olunmuşdur.
Açar sözlər: əvəzlik, tədris metodikası, Azərbaycan və ingilis dilləri, müqayisəli təhlil, kommunikativ yanaşma