Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/44/8-12

Həsən Bayramov
Bakı Qızlar Universiteti
pedaqogika üzrə elmlər doktoru
https://orcid.org/0000-0003-2415-0284
bayramov.hasan@mail.ru
 
Azərbaycanda ictimai maarifçilik hərəkatının tipologiyası

 

Xülasə

 

Məqalədə Azərbaycanda ictimai maarifçi hərəkatının tipologiyasından bəhs edilir. Belə ki XIX-XX əsrlərdə Azərbaycanda formalaşan ictimai maarifçilik hərəkatının əsas istiqamətləri və tipoloji xüsusiyyətləri araşdırılır. Maarifçilik hərəkatı yalnız təhsil islahatları ilə məhdudlaşmayıb, həm də ictimai şüurun oyanmasında, milli kimliyin formalaşmasında və sosial-mədəni dəyişikliklərin baş verməsində mühüm rol oynamışdır. Tədqiqatda maarifçilik fəaliyyətləri əsasən elmi-ədəbiyyat yönümlü, pedaqoji, sosial-ictimai və mədəni-maarifçi tiplərə bölünərək təhlil edilmişdir. Hər bir tipin cəmiyyətə təsiri, əsas nümayəndələri və fəaliyyət formaları göstərilmişdir. Nəticə etibarilə, Azərbaycan maarifçiliyinin çoxşaxəli və kompleks bir proses olduğu, həm modernləşmə, həm də milli oyanış baxımından əhəmiyyət daşıdığı vurğulanır.

Məqalədə həmçinin qeyd olunur ki, müxtəlif cəmiyyətlərin təkzibolunmaz tarixi təcrübəsi inandırıcı şəkildə sübut edir ki, təhsil sistemi faktiki olaraq hər cəhətdən yenidən qurulan cəmiyyətin məfkurəsi, ideoloji mahiyyəti və keyfiyyəti, habelə ictimai-siyasi inkişaf istiqamətlərini müəyyənləşdirən ən mühüm amillərdən biridir. Bütövlükdə bunlar da XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycanda təhsil işinin vəziyyəti, xalqın yeni tarixi-ictimai dəyişikliklərə transformasiyası zəminində məruz qaldığı milli-müstəmləkəçi, ideoloji-mədəni təzyiqlər, dünyəvi Avropa və Rusiya mədəniyyəti ilə tanışlıq və sair bu kimi məsələlərin tarixini aşkara çıxarmağa imkan yaratmaqdadır. Orta əsrlərdə müsəlman intibahının təhsilə gətirdiyi yeniliklər maarifçi tendensiyalara, xüsusilə ədəbi-bədii külliyatın romantik çalarlarına dolğunluq gətirirdisə, çarizmin işğalı ilə rusdilli maarifçilik təkcə Rusiya və onun vasitəsilə Avropa maarifçiliyinə tarixi transformasiyanın bazasını təşkil etmirdi, həm də mövcud şərq müsəlman maarifçilik xəzinəsindən bəhrələnməklə yeniləşirdi.

Açar sözlər: Azərbaycan maarifçiliyi, ictimai hərəkat, tipologiya, maarifçilik ideologiyası, milli oyanış, mətbuat, təhsil islahatları


Baxış: 80