https://doi.org/10.36719/2789-6919/40/105-107

Valeh Əlixanov

Naxçıvan Dövlət Universiteti

valehalixanov3@gmail.com

Lalə Talıbova

Naxçıvan Dövlət Universiteti

lalatalibova2013@gmail.com

https://orcid.org/0009-0004-8259-8567

Arzu Baxşəliyeva

Naxçıvan Dövlət Universiteti

arzukerimli85@gmail.com

https://orcid.org/0009-0001-9658-5589

 

Azərbaycanda idmanın inkişaf tarixi

 

Xülasə

İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Bəzi ölkələrdə bu, prioritet sayılır, Azərbaycandakı kimi, amma mən hesab edirəm ki, biz düzgün yoldayıq. Çünki sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır. Bunu həm idmançılarımızın qələbələri göstərir, həm də ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bütövlükdə son illərdə aparılan siyasət bu gün öz gözəl nəticələrini verməkdədir. Azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Bunun çox böyük tarixi əhəmiyyəti var çünki azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır. Bildiyiniz kimi, tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlamışıq və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Mən bunu çox yüksək qiymətləndirirəm və bu il də bu işlər davam etdirilməlidir. Onu da bildirməliyəm ki, azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. 

Açar sözlər: idman, mənəvi yüksəliş, olimpiya oyunları, idmanın növləri, bədən tərbiyəsi


Baxış: 95